Ürəyimin qapısını bağladım.
Sənsizliyim sanma mənə xoş oldu,
Sənsiz keçənhər günümə ağladım.
Kədər dostum,sevinc mənə boş oldu,
Ürəyimin qapısını bağladım.
Düşünmədin məni, getdin səbəbsiz,
Hicran getdi tamam vaxtsız,vədəsiz,
Unuduldum məndə qaldım çarəsiz,
Ürəyimin qapısını bağladım.
Əlbət düşəcəyəm bir gün yadına,
İstəmərəm toz da qona adına,
Çağırsan da yetməyəcəm dadına,
Ürəyimin qapısını bağladım.
Sənin ömrün qüssə,qəmlə solacaq
Nakam eşqim səni məndən alacaq,
Ömür boyu qəlbim sənsiz olacaq,
Ürəyimin qapısını bağladım...
Oxsar Xeberler: