Hər keçən gün hər ötən ay
məni məndən alıb gedir
Körpə quzum salma haray
Qonaq beş gün qalıb gedir
Cavanlıgım bir yanar şam
Həm yanib həm yandırmişam
Taleyime düşən axşam
Kölgəsini salıb gedir
Yanma Atan oyanmaz ki
Sən yansanda o yanmaz ki
Əzrayıl heç dayanmaz ki
Qanadını şalıb gedir
Çaliş bacin Ağlamasın
Dərdi düyün bağlamasın
Qoy hec kim yas saxlamasın
Atan ki qocalıb gedir
Ağla məni diri diri
Qoy sənə qoşulsun biri
Odur ürəyimin piri
Ürəyimi alib gedir
Günde bir az itirirəm
Öz ömrümü bitirirəm
Bir quru can itirirəm
Ruhum sizlə qalib gedir