[center]Ayrıldıq.Allahın məsləhəti beləymiş.Aldı səni məndən.Ayrılığımızdan bir il ötür artıq.Sənsizlik çox çətindir.
Yaralarım yeni ikən, səni itirdiyim ilk günlər buna tab gətirməyəcəyimi düşünürdüm.
Amma, elə olmurmuş.Allah nə vaxt yazıbsa taleyimə, o vaxt sənə gələcəyəm.
Sənlə keçirdiyim iki ilim ömrümün ən gözəl, unudulmaz günləri idi.
Yadındadır, kiçicik həyətimizdə birlikdə güllər əkmişdik.Dükandan hazır alınmış güllər idi.
Sən onları torpağa basdırırdın.Mən arxadan sənə sarılanda, dönüb mənə baxdın.
Fikrin məndə qaldı, qızılgülün tikanları barmaqlarını qana buladı.Ehhh...
Bir zamanlar başımı sinənə qoyub möhkəm-möhkəm səni qucaqlayardım.
Sanki, itirəcəyimi bilirdim.İndi isə...İndi isə əllərim sadəcə rəsmini qucaqlayır.Bu qədərinə gücüm yetir.
Evimizin hər əşyası sənin xatirənlə doludur.Hərdən, elə bilirəm otaqdasan, qəmli gözlərinlə mənə baxırsan.
Dönüb baxıram...Və sən yoxsan.Qaranlıq otaqlar mənə soyuq məzar kimidir.
Sən bir dəfə öldün, mənsə, sənsizliklə hər gün, hər gün ölürəm.
Bir vaxtlar, hər gün evdən çıxanda alnımdan öpüb
"Haqqını halal et, alnımın yazısı.Səni çox sevirəm.” deyərdin.
Amma, bir gün əsgər geyimində "Haqqını halal et, alnımın yazısı, səni çox sevirəm.” deyib, getdin.
Bu gedişin son gediş oldu.Bir daha dönmədin.Bilirsən məni bu həyatda iki şey saxlayır.
Birincisi, sənin Cənnətdə olduğuna hədsiz sevinirəm, buna əminəm.
Çünki, Vətən uğrunda ölən şəhidlər sorğu-sualsız, qəbir əzabı görmədən Cənnətə köçür.
İkincisi də səndən bir parça—beşikdəki oğlumuz.
Ona görə sənsiz olsam da yaşamağa məcburam