Eşit Məni Səma Sevir Və Sevilirəm.
Çünki varlığın ən qaranlıq gecələrdə belə dünyamı işıqlandırır. Adınla başlayan hər cümləyə ibadət etməmək üçün çətin tuturam özümü..
Səni sevirəm çünki bütün kilometrlərə baxmayaraq yanımda olduğunu toxunuşlarınla deyil səs tonunla belə ifadə etməyin xoşuma gedir..
Səni sevirəm çünki hər keçən gün məni özünə təkrar təkrar aşiq etməyi bacara bilirsən.
Səni sevirəm çünki səni ürəyimin tam ortasında hiss etməklə özümü xoşbəxt etdirirsən şeirlər yazdırıb dinlətdiyin hər mahnı sözləri də məni ovsunlayırsan..
Səni sevirəm çünki mənə bu günə qədər kimsənin bacara bilmədiyi xoşbəxtlikləri vəd edirsən vədlərin əsla yalan deyil hər gün bunu hiss etmək sənin üçün nə qədər doğru qərar verdiyimi sübut edir.
Səni sevirəm çünki bir şairin yaza biləcəyi ən duyğu yüklü şeir kimisən mənim üçün yaza yaza bitirilməyəcək cinsdən həm də..
Çünki qeyri-mümkün deyə bir şeyin olmadığını yalnız istəmənin insan həyatında nə qədər əhəmiyyətli olduğuna məni inandıra bilirsən..
Səni sevirəm çünki səninlə yaşayır sənin mənimlə var olduğunu düşünürəm..
Səni sevirəm çünki hər gün nəfəs almaq üçün bir səbəbim var amma sənə hər gün yenidən aşiq olmaq üçün minlərlə səbəbim..
Səni sevirəm çünki mənim üçün rənglərin ən mənalısı sənsən sənsiz bir həyatın şəkilini nə çəkə bilərəm nə sevə bilərəm nə də qəbul edə bilərəm..
Səni sevirəm çünki içimdən başqa bir şey etmək gəlmir və bu duyğunu həyatımda ilk dəfə hiss etmənin kefinə çatıram..
Səni sevirəm çünki nə vaxt bir şeylər yazmağa niyyətlənsəm qələmimin ucundan yalnız sənə dair sözlər çıxmağa başlayır.Bəzən bir eşq bəstəsini düşündüyümdə sanki onu sənə mən yazmışam hissinə qapılıb öyünməyə başlayıram özümcə..
Çünki həyatım hər şeyiylə sənə aid ona istədiyini edə bilərsən.. İncitmə deməyəcəyəm ən böyük qorxunun bu olduğunu bilirəm çünki..
Səni sevirəm çünki sən mənim əllərimdən tutduğunda sanki başqa bir ölçüyə keçirəm və bilirəm ki dünyanın ən böyük dincliyi orada. Həmişə orada qalsam olmazmı..
Səni sevirəm çünki ölənə qədər yanımda olsansa lənət edərdim sənsiz keçirdiyim bütün o köhnə günlərimə..
Səni sevirəm çünki keçmişini mənim gəldiyim andan etibarən yox sayıb həyatını tamamilə mənim üzərimə qurmuşdun..
Çünki məni ən çox sən güldürürsən..
Səni sevirəm çünki qısqanırsan məni hər şeydən hər kəsdən öz gözündən belə..
Səni sevirəm çünki sən mənim içimdəki o ərköyün dəcəl oğlan uşağına dözürsən kaprizlərimi o özünə xas tutumunla cavablarkən öz özümə soruşub da cavablandıra bilmədiyim heç bir sual buraxmırsan..
Səni sevirəm çünki bu qədər səbəbdən sonra belə səni niyə sevdiyimi izah edə bilmirəm...