Yalanların o zülmətin
Yerini xoş səhər aldı
Acısını həqiqətin
Daddı sandı zəhər aldı
Bir vaxt birgə oda yandıq
Ah onda nə mehribandıq
Buza döndü aralandıq
Qəlbi qüssə zəhər aldı
Bir vaxt sandı məni həmdəm
İndi gorüb qaçır nedən
Bilmirəm ki onu məndən
Kim aldı nətər aldı
Görmək olmaz cəfasiz bar
Cəfa çəkib yedim qübar
Səni mənə vəfasiz yar
Kənd vermişdi şəhər aldı
Üzünki dönübdü məndən
Daha gərək gəzim gendən
Bu aşıqın gözəl səndən
Bal umurdu zəhər aldi