Qeydiyyat

"İki Gözüm"

3 092
[center]"İki Gözüm"


- Bir zamanlar biri varmış. Evimə, axtarış aparmaq adıyla girib, qarnını doyuzduraraq gedən məmur kimi, yalançı biri. Çox sərt baxışı var idi, gülüşümü aparanın. Gedişindən sonra, nəm qoxusu əskik olmadı yanaqlarımdan. O küçədən keçməyə üzüm gəlmir, hələdə borclu qalmışam səkilərə. Şəhərə də çıxa bilmirəm, külək üstümə gəlir,gün işığı üstümdən qaçır və hər yer "sən" qoxur. Yeganə şizofrenəm ki, gözüm səndən başqa heç bir canlını görmür. Yeni ilə, köhnələrlə girən insanam, məndə heç bir səliqə gəzmə. Göz qapaqlarımın iç tərəfində adın yazılı, gözlərindən öpdüyüm. Hələdə məndən incik düşmüş,
- Bağışla məni iki gözüm.
- Çox günaha təhrik etdim səni, mənim üzümdən ürəklədə yolun ayrı düşdü. Əvvəldən söyləmişdim sənə, gördüklərini ona söyləmə,
- İki gözüm.
- Ruhum dırnaqları ilə, bədənimin sol tərəfində "sən" adlı bir ağrıya meydan oxuyur. Səni nə mən, nədə ruhumun küncündə uyuyan körpə bağışlar oldu. Gözüm sən dadır hər şeyi, gedişin bəla, gəlişin bəla, bir şeyin xoş olsa ölərdinmi qadın?!
- Yaşayırmışsan kimidə yazıram utanmaz-utanmaz. Ağlım da gedib, sən daşındığın gündən. Səni o gün, o yerdə görməməliydim.
- Bağışla məni iki gözüm.
- Sənə görə sevdiyim şəhəri, tərk edirəm bu gün. Nə qədər aciz olduğumu göstərmək üçün deyil, nəcə birinə çevrilidiyimin şahidi olman üçün bəstələdim bu sətirləri. Bu yazını yazmaq üçün, şeytanla saziş bağladım. İndi sənə nifrət edən tək mən deyiləm. Səni görməmək üçün Allaha , sənə nifrət etmək üçün şeytana dua etdim.Məhv olmuş bir caniyə çevirdiyinin fərqində belə olmadın, qoyub gedərkən.
- Məni bağışla Yaradanım, birdə iki gözümü...
Bolme: Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: