Artıq məni heç kimin fikri, düşüncəsi maraqlandırmır. İnsan həyatını özü üçün yaşamalıdır. Bunu artıq anladım.
bu sözləri müğənni Natavan Həbibi "ATV maqazin onlarla" verilişində deyib.
Sənətçi toyu ilə bağlı suallara əsəbiləşib. O, bundan sonra heç vaxt şəxsi həyatından danışmayacağını söyləyib:
"Hər kəs öz həyatı ilə məşğul olmalıdır. Heç kimi həyatımın içinə buraxmayacam. Natavan belə geyindi, saçını rənglədi, onu dedi... İnsanların tək fikrini yox, özünü də uzaqlaşdırdım ətrafımdan. Bir dəfə dedim nişanlandım. Onun kim olduğu, necə gəldiyi, necə getdiyi qaldı pərdə arxasında. Yaşayacağımız həyat onun və mənimdir.
Çox açıqlama verəndə, insanlar elə bilirlər ki, elə belə də olmalıdır. Mənə yanlız ailəmin fikri önəmlidir. Mənim tamaşaçıma məni xoşbəxt görmələri maraqladır. İşlərimizi açıb danışırıq. Amma kiminsə qapısını döyüb demirik ki, ərin kimdir? Kimsə bunu açıqlayıb, ortaya qoya bilər. Mən elələrindən deyiləm".