Incimişəm
İncimişəm...
Mənim ürəyimi qıran hər kəsdən
Bir şəhərdən
Bu dünyanın təbəssümünü unutmuş insanlarından
Sözlərini dillərində ürəklərin qatili olaraq bəsləyənlərdən
-Bir uşaq kimi..
İncimişəm...
Ürəyimin əlindən tutub yalnız onunla oynamaq istəyirəm
Vəfanı yalnız ondan ümid etmək və ona vəfalı olmaq istəyirəm
Əlimdən oyuncağımı alanlardan
Ürəyimlə oynadığım oyundan məhrum olduğun zaman mənə gülənlərdən
Dostum bildiyimə dəyər verməyənlərdən
Ürəyimin ayağıyla gedib getdiyim məkanı bəyənməyənlərdən
Onun sözünü dinlədiyim vaxt mənim sözümü dinləməyənlərdən
İncimişəm
Bir an ömürdə çirkli əməlləri xətirinə içimə dərin yaralar açanlardan
Bir az da özümdən incimişəm
Ürəyimi hər kəsin buraxmasına baxmayaraq
Mən də bir vaxtı səhərdə buraxa bildiyim üçün
Bir az da özümdən incimişəm
Peşman olacağam addımları atarkən ürəyimdən soruşmadığım üçün
O addımlarıma yol çəkməyə namizəd ikən
Sol tərəfindəkini laqeydlik edənlərin sözlərinə dəyər verə bildiyim üçün
Bir az da özümdən incimişəm
Günəş oğrularına günəşimin yerini söylədiyim üçün
Sirr bildiyimi sirrimə dəyər verməyənlərlə paylaşdığım üçün
İncimişəm...
Ey sirr!
İçimdə qalsaydın kaş ki
İncimişəm...
İçimi işıqlandırsaydın kaş ki
İçimdə hiss etsəydim yaxın olanın yaxınlığını;
İncimişəm...
Günəşin işıqlığında
Ey sirr!
İncimişəm...
Səni heç kimə bağışlamasaydım
Səni heç kimin olmadığı yerlərdə saxlasaydım
İncimişəm...
Eqoist olsaydım sevgi mövzusunda...
Oxsar Xeberler: