Qeydiyyat

Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid

398


Qiyamət günü - elə bir gündür ki, hər bir insan o günün qorxusunu hələ bu dünyada olan zaman hiss edir. Məhkəmədə insanın əleyhinə şəhadət verənlərin sayı nə qədər çox olarsa, o, bir o qədər çox xəcalət çəkər. Qiyamət dünyadakı məhkəmələrə bənzəməz. Ona görə də şahidləri də, xəcaləti də tamamilə başqadır.

"Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında (müharibələrdə qələbə nəsib etməklə və xeyir işləri ilham etməklə) və (peyğəmbərlər, məsumlar və mələklərdən ibarət əməl) şahidlərin(in) ayağa qalxdıqları gündə (Qiyamətdə mükafat və cəzanın icrası istiqamətində) kömək edərik". ("Ğafir" 51).

Bəs bu şahidlər kimlərdir?
İlk şahid - Uca Allahın Özüdür. Qurani-Kərim buyurur: "Həqiqətən, Allah hər şeyə şahiddir". ("Həcc" 17).

"Həqiqətən, Allah daim sizə nəzarət edir". ("Nisa" 1).

"Allah həmişə (vücud, qüdrət və elm baxımından) hər şeyi əhatə etmişdir". ("Nisa" 126).

İkinci şahidlər - peyğəmbərlərdir (ə). Qurani-Kərim buyurur: "Buna görə də hər ümmətdən (onların iman, küfr, itaətkarlıq və itaətsizliklərinə şahidlik etmək üçün) bir şahid (peyğəmbərlərini) gətirəcəyimiz və səni də bunlara (bu ümmətə, yaxud o şahidlərə) şahid gətirəcəyimiz zaman (sənin və camaatın halı) necə olacaq?!". ("Nisa" 41).

"Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdə onlara öz (iç)lərindən (hər bir ümmət üçün onların peyğəmbərlərini, yaxud hər bir əsrin insanları üçün həmin əsrin məsumunu) şahid gətirəcəyik və səni (də) bu ümmətə (ya əsrlərin şahidlərinə) şahid gətirəcəyik". ("Nəhl" 89).

Üçüncü şahidlər - Məsum İmamlardır (ə). "(Sizin üçün müstəqil bir qiblə təyin etdiyimiz kimi) sizi orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə şahid olsun". ("Bəqərə" 143).

İmam Baqir (ə) buyurur: "O orta ümmət (ki, şahiddir) ancaq bizik".

İmam Sadiq (ə) buyurur: "Hər bir dövr və əsrdə İmam vardır ki, insanlara şahiddir".

Dördüncü şahid - mələklərdir. Qurani-Kərim buyurur: "(Həmin gün) hər bir kəs bir sürükləyənlə və (əməllərinə şəhadət verəcək) bir şahidlə gələcəkdir". ("Qaf" 21).

Beşinci şahid - torpaqdır. "Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı - onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar)". ("Zəlzələ" 4).

Hədislərdə oxuyuruq ki, Həzrət Peyğəmbər (s) hər bir məntəqədə iki rükət namaz qılar və buyurardı: "Bu məkan namazımıza şəhadət verəcəkdir".

Altıncı şahid - vicdandır. "(Ona deyilər:) "Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən"". ("İsra" 14).

Yeddinci şahid - bədən üzvləridir. "O gün ki, dilləri, əlləri və ayaqları onların ziyanına, (dünyada) etdiklərinə şəhadət verəcəklər". ("Nur" 24).

Səkkizinci şahid - zamandır. İmam Əli (ə) buyurur: "İnsandan elə bir gün keçmir, məgər o halda ki, həmin gün insana xəbərdarlıq edər ki, mən bu gün sənin üçün yeni bir günəm. Məndə yerinə yetirdiyin işlərinə şahidəm və Qiyamət günü onlara görə şəhadət verəcəyəm. Ona görə də bu gündə əbədi sədaət yolun üçün kamil istifadəni etməyi səy göstər".

Doqquzuncu şahid - əməldir. "Və (belə deyiləcəkdir:) "Bu gün heç kəsə heç bir zülm olunmayacaq və mükafatından azaldılmayacaqdır və siz etdiyiniz əməllərdən başqa bir şeydən ötrü cəzalandırılmazsınız (yaxud sizin cəzanız yalnız dünyadakı əməllərinizin təcəssümüdür)"". ("Yasin" 54).
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: