Qeydiyyat

“Yasin” surəsini oxuyan, Quranı 10 dəfə xətm edən kimidir

468


Hər bir insan üçün ən həssas, ən qorxulu zaman - ölüm zamanıdır. Biz hamımız nigaranıq ki, ölümümüz nə zaman gəlib çatacaqdır və ölən zaman nələr baş verəcəkdir. Quranın verdiyi şəhadətə görə, iman və saleh əməl - insana bu anlarda nicat verən ən mühüm iki amildir.

"Şübhəsiz, (İslama) iman gətirənlər, yəhudilər, xaçpərəstlər və sabiilər (Nuhun və ya Yəhyanın ardıcılları), (bu dəstələrdən) hər kim (öz peyğəmbərlərinin əsrində) Allaha və axirət gününə iman gətirsə və yaxşı işlər görsə, onlar üçün Rəbbi yanında hallarına münasib sabit mükafat vardır. Onlara (Qiyamət günü) nə bir qorxu var, nə də qəmgin olarlar". ("Bəqərə" 62).

Ancaq çox az insan vardır ki, öz imanına və saleh əməllərinə görə yüz faiz əmin olsun. Məsumlarımız (ə) nöqsan əməllərimizi aradan qaldırmaq üçün bizə bəzi tövsiyələr verirlər. Onlardan biri də budur ki, hər gün "Yasin" surəsini oxuyaq.

"Yasin" surəsi Quranın 36-cı surəsidir ki, Məkkədə nazil olmuşdur və 83 ayəsi vardır. Peyğəmbərimiz (s) buyurur ki, bu surəni oxuyan Allah yanında şərif adlandırılar. Bu surə onu oxuyana şəfaət verər.

Bu surəni bəzən "Qaziyə" də adlandırırlar, yəni dəf edən. Çünki bu surə öz qarisindən hər bir bəlanı dəf edər və hacətlərinin həyata keçməsinə səbəb olar. Bu surəni oxuyanın 20 həccə bərabər mükafatı olar. Onu oxuyana qulaq asmaq, Allah yolunda min dinar infaq etməyin savabına bərabər olar.

Hədislərimiz buyurur ki, "Yasin" surəsi Tövratda "Muəmmə" adlandırılır, yəni şamil olan. Çünki onu oxuyan üçün dünya və axirət xeyirlərini şamil edər. Dünya bəlalarını və axirətin çətinliklərini ondan uzaqlaşdırar.

Həzrət Peyğəmbər (s) bu surənin fəziləti barəsində buyurur: "Hər kim "Yasin" surəsini oxuyarsa, onun kimi olar ki, Quranı 10 dəfə xətm edər".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər kim "Yasini" Allah rizası üçün oxuyar, (Allah) onu bağışlayar, Quranı 12 dəfə xətm etməyin savabı kimi ona savab verər. Əgər ölüm ayağında olan xəstə üçün oxunarsa, bu surənin hərflərinin sayı qədər on mələk yanında sıraya düzülər və onun üçün istiğfar edər, ruhunun qəbz olmasına şahid olar, cənazəsini müşayiət edər, ona namaz qılar və dəfninə şahid olarlar".

İmam Baqir (ə) buyurur: "Hər kim "Yasin" surəsini ömründə bir dəfə oxuyarsa, Allah dünyada, o biri dünyada, səmada bütün xəlq etdiklərinin hər birinin sayı qədər 2000 həsənə əməl dəftərində qeyd edər və həmin miqdar günahlarını məhv edər. Yoxsulluğa, ziyana, evinin xarab olmasına düçar olmaz. Bədbəxtlik və dəlilik görməz. Cüzama, vəsvəsəyə və ziyanlı xəstəliklərə düçar olmaz. Allah ölümün çətinliklərini onun üçün asan edər. O kəslərdən olar ki, Allah dünyada rifahını öhdəsinə götürmüşdür və ölən zaman sevinəcəyinə zamin olmuşdur, axirətdə razılığını təmin etmişdir. Bütün səma və yer mələklərinə xitab edər ki, Mən bəndəmdən razıyam, ona görə də onun üçün bağışlanma istəyin".

Bəli, "Yasin" surəsi sonsuz fəzilətlərə malik olan bir surədir ki, onu oxuyana dünya və axirət səadətini zəmanət verər. Həm bu dünyada, həm ölən zaman, həm də axirətdə dadına çatar. Ona görə də Quranın qəlbi olan bu nurani surəni oxumaqdan qafil olmayaq və özümüz üçün qabaqcadan axirət ehtiyatı göndərək.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: