Qeydiyyat

Quranda “orta ümmət” dedikdə kimlər nəzərdə tutulub?

444


Quranda "orta ümmət" dedikdə kimlər nəzərdə tutulmuşdur?"(Sizin üçün müstəqil bir qiblə təyin etdiyimiz kimi) sizi orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə şahid olsun". ("Bəqərə" 143).
Xrsitianlar ibadət edən zaman Həzrət İsanın (ə) doğulduğu Beytul-müqəddəsə üz çevirərlər ki, şərqdə qərar tutur. Yəhudilər də Beytul-müqəddəsə üç çevirib ibadət edərlər ki, sakin olduqları yerə nisbətdə qərbdə qərar tutur. Ancaq Kəbə evi onların ortasında yerləşir. Quran da bu mövzuya işarə edərək buyurur ki, necə ki, biz Kəbəni ortada qərar vermişik, siz müsəlmanları da orta ümmət qərar vermişik.
Təfsirçilər orta ümmət sözünü müxtəlif cür təfsir edirlər. Bəzilərinin nəzərinə görə o insanlar nəzərdə tutulur ki, nə ifrat edirlər və nə də təfrit.
Ancaq əgər bu ayəyə diqqətlə nəzər salsaq, görərik ki, orta ümmət dedikdə xüsusi insanlar nəzərdə tutulmuşdur. Belə ki, Quran orta ümməti əməllərə şahid kimi tanıtmışdır. Ona görə də elə insanlar olmalıdır ki, Qiyamət günü insanların əməllərinə şahid olsunlar.
Şahid olmaq üçün elm, agahlıq və ədalət lazımdır.
Ümmətin hər insanı lazım olan agahlıq və ədalətə malik deyildir.
Hədislərimizə əsasən, orta ümmət dedikdə Məsum İmamlarımız (ə) nəzərdə tutulur ki, bütün işlərə görə elmləri vardır. İkincisi isə ədalətlidirlər. Necə ki, Allah Təala bu ayədə onların ismət və ədalətini bəyan etmişdir:"Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi - paklığın bütün cəhətlərində - pak etmək istəyir". ("Əhzab" 33).
İmam Sadiq (ə) buyurur: "Məgər ola bilərmi ki, o ümmət ki, bəzi insanları dünya məhkəməsində bir ədəd xurmaya görə şahidlik etməyə layiq deyildir, Qiyamət günü bütün insanlara görə şahidlik etmək ləyaqətinə malik olsunlar?".
Hər bir halda Qiyamət günü ancaq o kəslər ümmətin əməllərinə şəhadət verə bilər ki, məsum olsunlar, ədalətli və elmli olsunlar.
Məsumlardan (ə) gələn hədisdə oxuyuruq: "Bizik orta ümmət. Bizik Allahın xəlqinə şahidlik edənlər, Yer üzündəki hüccətləri. Bizik insanlara şahid. Təqsirkarlar gərək xatalarını buraxıb, bizə qoşulsunlar".
Beləliklə bu hədisdən də göründüyü kimi, Məsumlarımız (ə) Quranın buyurduğu həmin orta ümmətdir ki, Qiyamət günü bütün insanların əməllərinə şahidlik edəcəklər.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: