Qeydiyyat

Qiyamət günü tənha qalan insanlar

428


Qurani-Kərim buyurur: "Beləliklə sur (ikinci dəfə) çalınanda (və insanların hamısı diriləndə), həmin gün onların arasında (qorxu və dəhşətin çoxluğundan sanki) bir bağlılıq və qohumluq olmaz və bir-birlərini(n halını) soruşmazlar". ("Muminun" 101).

Birinci sur çalınan zaman isə bütün canlılar öləcəkdir. Həm yerdə və həm də göydə olan canlılar hamısı məhv olacaqdır. Bu ayədən də göründüyü kimi, ikinci sur çalınan zaman isə bütün ölülər diriləcəkdir.

İkinci surdan sonra Qiyamət bərpa olacaqdır. İnsanlar yenidən dirilib, hesab üçün hazır olacaqlar.

Qurani-Kərim bu həqiqəti başqa bir ayədə belə bəyan edir: "Sur (birinci dəfə) çalınacaq. Allahın istədiyi kəs (birinci ölümü dadan və Bərzəx aləmində olanlar) istisna olmaqla göylərdə və yerdə olan hər bir kəs həlak olacaq (və bu sur ilə ölənlər də ora gedəcəklər). Sonra o, bir daha (ikinci dəfə) çalınacaq. Onda onların hamısı birdən ayağa qalxıb, baxacaqlar (və həmin günün sahibinin əmrini gözləyəcəklər)". (Zumər" 68).

Qiyamət - elə dəhşətli bir gündür ki, hər bir insan özü olacaq və bir də dünyada etdiyi əməlləri. Heç kəs onun dadına çatmaz və heç kəs əlindən tutmaz. Əksinə, Qiyamət - elə bir gündür ki, qohumlar və yaxınlar bir-birini görməkdən qaçarlar. Çünki ola bilsin ki, hansınınsa boynunda haqqı qalmış olsun və onu tələb etsin.

Dünyada atanın bir vəzifəsi vardır, övladın başqa bir vəzifəsi və ananın başqa bir vəzifəsi vardır. Ancaq Qiyamət elə yerdir ki, insan tək olar və öz əməllərinin giriftarı olar. Burada müsibət o qədər böyük olacaqdır ki, heç kəs bir başqasından hal-əhval tutmayacaqdır.

Hətta ana belə öz süd yeyən körpəsini belə, xatırlamayacaqdır. Çünki, hər kəs dərk edəcəkdir ki, Allahın əzab və cəzası şiddətlidir.

"Onu gördüyünüz gün, (şahid olacaqsınız ki,) hər bir əmzikli qadın körpəsinə süd verməyi unudacaq və hər bir hamilə qadın öz (bətnindəki) yükünü yerə qoyacaqdır. Və (həmin gün) insanları sərxoş görərsən, amma onlar sərxoş deyildirlər, lakin Allahın əzabı şiddətlidir". ("Həcc" 2).

Allah bizləri o dəhşətli günün əzabından qorusun və bizləri tək qoymasın! Amin!
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: