Qeydiyyat

Aşiqlik istəyən yol

428


Bir çox insanların zehnində bu sual yarana bilər ki, insan niyə şəhid olmaq istəsin ki? Niyə bəzi insanlar şəhid olmağa bu qədər rəğbət göstərirlər? Bu sualların cavabını vermək üçün şəhadətin tərifini verməyə çalışaq.

Allahın Peyğəmbəri (s) buyurur: "Şəhadət - ən üstün ölümdür".

Allah Təala Quranda şəhidlərin tutduğu məqam haqqında buyurur: "Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə - peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla - birlikdədirlər. Onlar gözəl dostlardır". ("Nisa" 69).

Deməli, şəhadət - Allah yanında ən üstün ölüm sayılır və şəhidlərin tutduğu məqam peyğəmbərlərdən (ə) və alimlərdən sonra, ən ali məqam hesab olunur.

Quranda və hədislərdə şəhadətə eşq bəsləməyin səbəblərinə işarə edək:

1. Həqiqi iman. Yuxarıdakı ayədən belə nəticəyə gəlmək olur ki, şəhidlik məqamını sevmək - həqiqi möminliyin nişanələrindəndir. O kəs ki, Allah düşməninə qarşı çıxar və bu yolda canını fəda edər - Allah Təalaya qarşı həqiqi imandan bəhrələnmiş olar.

Həqiqi iman dedikdə, Allaha düzgün etiqad bəsləmək və Onun yolunda sadiq və xaliscəsinə səy göstərmək nəzərdə tutulur. Ona görə də deyə bilərik ki, o kəslər ki, şəhid olmağa əlaqə göstərirlər - Allahın əmrlərinə təslim olmuş insanlardırlar.

Əmirəl-möminin (ə) buyurur: "Allaha and olsun ki, həqiqətən mən haqlayam və şəhadətə aşiqəm". Yəni, o insan ki, haqq yolunda olar, şübhəsiz ki, şəhadətə aşiq olacaqdır.

2. Şəhidliyin əzəməti. Əgər bir möminin dindən düzgün agahlığı olsa və onun üsulları ilə tanış olsa, şəhadətə məftun və aşiq olar. Çünki şəhadət - insanlığın ən uca zirvəsidir. İnsan şəhid olarsa, insanlığının həqiqətinə qovuşar və İlahi rizanı qazanar.

Şəhadətin əzəmətini hər anı ilə izləyək.

1. Şəhadət anı. Həzrət Peyğəmbər (s) buyurur: "Şəhidə Allah tərəfindən yeddi üstünlük verilər. Onlardan biri - ilk damcı qanı ilə bütün günahlarının bağışlanmasıdır".

2. Şəhadətdən sonra. Həzrət Peyğəmbərə (s) sual verirlər ki, niyə şəhid qəbrində imtahan olunmur? Həzrət (s) buyurur: "Başının üstündəki qılıncın parlamasından hasil olan ağrı və əziyyət onun üçün kifayətdir".

3. Qiyamət günü. Həzrət Peyğəmbər (s) buyurur: "Üç dəstə vardır ki, Qiyamət günü Allah dərgahında başqalarına şəfaət verəcəkdir: peyğəmbərlər, alimlər və sonra şəhidlər".

4. Şəhadət - ölüm deyildir. "Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir. (Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar. Onlar Allah tərəfindən olan nemət və bəxşişə görə və həmçinin Allahın möminlərin mükafatını zay etməməsindən şaddırlar". ("Ali-İmran" 169-171).

İnsanın bu dünyada arzu etdiyi şeylərdən biri budur ki, heç bir zaman ölməsin və şəhadət insanı bu arzusuna çatdırır.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: