Qeydiyyat

Peyğəmbər (s) hər kəsin əməllərinə şahiddir

354


فَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَىٰ هَٰؤُلَاءِ شَهِيدًا

"Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman (onların halı) necə olacaq?" (Nisa, 41).

İzah: Bu ayəyə görə İslam peyğəmbəri (s) başqa peyğəmbərlər kimi yalnız öz ümmətinə yox, həm də digər keçmiş peyğəmbərlərin əməllərinə şahiddir.

("هَٰؤُلَاءِ" (haulai) əvəzliyi rəvayətlərə görə keçmiş ümmətlərin şahidlərinə, yəni keçmiş peyğəmbərlərə aiddir.) Bu, o həzrət (s) üçün çox böyük bir fəzilətdir.

Quranda əməllərə şahid olmaqda məqsəd əməllərin mahiyyətini və batinini bəyan etməkdir. Odur ki, ilahi peyğəmbərlər və övliyalar - hamısının başında isə kamil insan və ən üstün məxluq olaraq İslam peyğəmbəri (s) - elə bir məqama malikdirlər ki, bəndələrin həqiqətini və batinini müşahidə edə bilir, Qiyamətdə əməllərə şahidlik edənlər sırasında yer alır və onların yaxşı və ya pis insan olmasına şəhadət verirlər.

Qiyamətdə əməllərin digər şahidləri yer, bədən üzvləri, mələklər və s.-dir. Qeyd edək ki, Qiyamət günü şahidlik etmək heç də dünyada əməllərdən xəbərdar olmaq, onları bilmək demək deyil.

Hədis: İmam Sadiq (ə): "Bəndələrin bütün əməlləri - istər yaxşılar olsun, istər pislər, - hər gün səhər Allah rəsuluna (s) məruzə edilir." (Kafi, c. 1, səh. 219, hədis: 1).
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: