Qeydiyyat

İntihar edən insanın Allah yanında günahı nə qədər ağırdır?

431


İmam Baqir (ə) buyurur: "Mömin mümkündür ki, hər bəlaya düçar olsun və hər növ ölümlə ölsün, ancaq intihar etməz".

İmam Sadiq (ə) buyurur: "O kəs ki, bilərəkdən intihar edər, o, həmişə cəhənnəm atəşində olacaqdır".

Bu Səyid Xədəri nəql edir: "Müharibələrin birində Peyğəmbərin (s) kənarında idim və iş bölgüsü edirdik. Dostlarımızın arasında bir nəfər var idi ki, üç nəfərin işini yerinə yetirirdi. Yəni, həm odun toplayırdı, həm su gətirirdi, həm də yemək bişirirdi.

Bu insanın fədakarlığı haqqında Peyğəmbərə (s) xəbər verirlər. Həzrət (s) buyurur ki, əslində həmin şəxs - cəhənnəm əhlindəndir. Çox təəccüb etdik.

Amma o zaman ki, müharibə başladı, həmin şəxs yaralandı. Yarasının şiddətli ağrısına görə bir nizə götürdü və özünü öldürdü.

Peyğəmbərimiz (s) buyurdu: "Şəhadət verirəm ki, mən Allahın rəsulu və Onun bəndəsiyəm"".

Həzrətdən (s) gələn başqa hədisdə oxuyuruq: "Hər kim özünü boğar, Allah onu Qiyamət günü cəhənnəm atəşinə atacaqdır".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim hansı vasitə ilə olursa-olsun intihar edərsə, Qiyamət günü ona həmin vasitə ilə əzab verəcəklər".

Quranda ayə vardır ki, intihar edənlərin cəzasına işarə edir. Bu ayədə buyurulur: "İntihar etməyin, bir-birinizi öldürməyin və özünüzü günah təhlükəsinə atmayın. Həqiqətən Allah sizə qarşı həmişə mehribandır. Onu (başqasının malını yeməyi və birini öldürməyi Allahın hökmünün) hədd(lərin)i aşmaq və (özünə və ya başqalarına) zülm üçün edən kəsi tezliklə (yandırıcı) oda salacaq və odun istiliyini ona daddıracağıq. Bu, Allaha asandır". ("Nisa" 29-30).
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: