Qeydiyyat

Bir neçə metro stansiyasının iş qrafiki dəyişir - YENİLƏNİB

1 215
Bir neçə metro stansiyasının iş qrafiki dəyişir - YENİLƏNİB


17:19

23-25 iyun tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq "Formula-1" Azərbaycan Qran-pisi ilə bağlı Bakı metrosunun 3 stansiyasının iş qrafikində dəyişiklik ediləcək.

SENİSEVİREM.Az xəbər verir ki, bunu APA-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, Bakı Şəhərə Həlqəsi "Bakı Metropiliteni" QSC-yə tədbirlərdə iştirak edəcək tamaşaçıların rahat daşınması üçün metronun iş saatının uzadılmasını xahiş edib: "23-25 iyun tarixlərində keçiriləcək tədbirlərlə əlaqədar metronun "28 May", "Sahil", "İçərişəhər" metro stansiyaları iş rejimi artırılacaq, tədbirlərin keçirilməsi ilə əlaqədar zərurət yaranarsa bütün sərnişinlərin daşınması təmin olunacaq".

---------------

16:51

23-25 iyun tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşən F1 Şəhərciyinə və bilet aldıqları tribunalara asan şəkildə yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələrinin adları bəlli olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Milli.Az-a verilən məlumata görə, yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən trekin yaxınlığından keçən avtobuslar və metronun müəyyən stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək gün ərzində ümumilikdə 20 saat xidmət göstərəcək. Yarış həftəsi ərzində 65, 5 və 53 nömrəli avtobuslar müvafiq olaraq 5, 3 və 6 dəqiqəlik intervalla hərəkət edəcəklər.


Trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər. Yarış ərəfəsində 65 nömrəli avtobus bu dayanacaqlardan keçəcək: Ə.Cavad Küçəsi - Azərbaycan Prospekti - Füzuli Meydanı - Z.Əhmədbəyov Küçəsi - Tbilisi Prospekti - 20 Yanvar Küçəsi - H.Məhərrəmov Küçəsi - Mir Cəlal Küçəsi. Bu avtobus 5 dəqiqəlik intervalla hərəkət edəcək.

Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində 5 nömrəli avtobusun keçəcəyi dayanacaqlar bunlardır: N.Nərimanov Metro Stansiyası - 28 May Metro Stansiyası (Salatın Əsgərova küçəsi) - 28 May Metro Stansiyası (Cəfər Cabbarlı küçəsi) - 28 May küçəsi (Səməd Vurğun bağı) - Nizami küçəsi və R.Behbudov Küçəsi (Rəşid Behbudov adına Mahnı Teatrının yanı). Bu avtobus 3 dəqiqəlik intervalla hərəkət edəcək.

Trekə 53 nömrəli avtobus vasitəsilə gəlmək istəyən bilet sahibləri Bakı Əloyunları Sarayının qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarış ərəfəsində 53 nömrəli avtobus aşağıdakı dayanacaqlardan keçəcək: Bayıl (20-ci sahə) - Bakı Su İdmanı Sarayı - Milli Bayraq Meydanı - Bakı İdman Sarayı (Funikulyorun yanı). Bu avtobus 6 dəqiqəli intervalla hərəkət edəcək.

Yarışın keçiriləcəyi məkana metro vasitəsilə gəlmək istəyən bilet sahibləri 28 May, Sahil və İçərişəhər metro stansiyalarında düşərək trekə yaxınlaşa bilərlər.

Yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər günboyu açıq olacaq və həmçinin piyadalar trekin müəyyən yerlərində yeni qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, həmçinin Xaqani ilə Rəşid Behbudov və Azadlıq Prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşəcək.

Qeyd edək ki, iyunun 22-i saat 14:00-dan etibarən yalnız bilet sahiblərinin dənizkənarı bulvara çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə Park Bulvar alış-veriş mərkəzindən istifadə edə biləcəklər.
Bolme: Xeberler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: