Qeydiyyat

DİQQƏT! Bakının bu çimərliklərində çimmək TƏHLÜKƏLİDİR - SİYAHI

896
DİQQƏT! Bakının bu çimərliklərində çimmək TƏHLÜKƏLİDİR - SİYAHI


Artıq çimərlik mövsümünə az qalıb.

SENİSEVİREM.AZ-ın məlumatına əsasən, bu da o deməkdir ki, “Hansı çimərliklərdə çimmək olar, hansında isə yox?” – sualı yenidən aktuallaşıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyir ki, dəniz suyu nümunələrinin monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub.

Onun sözlərinə görə, yerdə qalan çimərliklərdə dəniz suyu standartlara cavab verir:

“İki rayonun ərazisindən götürülən nümunələrdə bağırsaq çöpləri həddən artıq çoxdur. Buna görə həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır”.

Beləliklə, adı qeyd olunan iki çimərliklə əlaqədar olaraq 2010-cu ildə qəbul olunan 83 saylı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, monitorinqlərə may ayının 16-dan başlanılıb. Monitorinqləri Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə keçirib.
Bolme: Xeberler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: