Bakı yay vaxtından niyə imtina etdi? - “Formula-1” , yoxsa..?
Rəsmi Bakı yay vaxtına keçiddən Formula-1 və 24 saatlıq Ie-Man yarışlarına görə imtina edib.
Turan agentliyi Beynəlxalq Avtoidman Federasiyasının (FIA) tələblərinin öyrənilməsi zamanı bu nəticəyə gəlib.
FIA Formula-1 yarışlarının keçirilməsi ilə əlaqədar Bakıdan tələb edib ki, yarışların başlanması Le-Man-da (Parisin 200 km. qərbində yerləşir) keçirilən 24 saatlıq avtomarafonun başa çatması ilə üst-üstə düşməsin, həmçinin start günəşin batmasına 4 saat qalmış verilsin.
İş burasındadır ki, 24 saatlıq mötəbər Le-Man yarışı iyunun 19-da Paris vaxtı ilə saat 15:00-da başa çatır. Bakı yarışı isə 18:00-da start götürür. Vaxt fərqi 3 saatdır. Belə olan halda Fransada finiş və Bakıda start üst-üstə düşə bilərdi. Hər iki ölkə yay-qış vaxtına keçən ölkələr sırasındadır. Bakı yay vaxtına keçiddən imtina etməklə Formula-1 yarışlarına yerli vaxtla saat 18:00-da, Paris vaxtı ilə saat 16:00-da, yəni Le-Manda marafonunun bitməsindən 1 saat əvvəl start vermiş olur. Bununla da FIA-nı şərtlərinə əməl etmiş olur.
Onu da nəzərə almaq lazımdır ki, Bakıda Formula-1 yarışları minimum 5 il nəzərdə tutulub, odur ki, yay vaxtından imtina labüd idi.
Yay vaxtına keçidə gəlincə, bu, gün işığının 1 saat uzanması ilə əlaqədar uzun iş saatlarından sonra dincəlmək baxımından əlverişli idi.
Oxsar Xeberler: