Bakının 12 əfsanəvi parkı - FOTO
Bakıda abad parklar çoxdur. Paytaxtın müxtəlif yerlərində yerləşən bu parkların hər birinin öz infrastrukturu, çoxsaylı kafe, restoran, attraksion və uşaq meydançaları var. XIX əsrin 30-cu illərinin ortalarında Bakıda ilk park olan Qubernator bağı açılandan bu günədək şəhərdə hər il onlarla yeni park və bağça istifadəyə verilir. Bu məkanlarda istirahət etmək, uşaqları gəzdirmək, dostlarla ünsiyyətdə olmaq, ya da sadəcə tənhalığa qapılmaq olar. Biz paytaxt sakinləri və gözəl şəhərimizin qonaqları arasında xüsusi populyarlıq qazanan ən görməli Bakı parklarının reytinqini tərtib etmişik.
1. Dənizkənarı Milli Park
Dənizkənarı Milli Park, yaxud məşhur Bulvar Azərbaycan paytaxtının ən görməli, bakılıların və şəhərin qonaqlarının sevimli istirahət yerlərindən biridir. 2009-cu ildə bulvar 100 illik yubileyini qeyd edib.
2007-ci ildə Dənizkənarı Milli Parkda, Azneft meydanı ilə üzbəüz dünyada analoqu olmayan musiqili fəvvarənin açılışı oldu. 2008-ci ildə Hökumət Evi qarşısında ikinci belə fəvvarənin inşası tamamlandı.
Bulvarda ailəvi istirahət üçün hər cür şərait var: onlarla müxtəlif attraksion, yelləncək, "şeytan çarxı", 7D kinoteatr, kiçik kafelər, "Bahar" yay kinoteatrı, yay uşaq teatrı və paraşüt qülləsi. Burada ötən əsrin 60-cı illərində inşa edilən əfsanəvi "Mirvari" yay kafesi, estakadada yerləşən və dənizə "baş vuran" "Sadko" kafesi yerləşir. Dəniz gəzintisi həvəskarları üçün sərnişin gəmiləri, habelə Yaxt-klub və üzən restoran fəaliyyət göstərir. Bakı bulvarının guşələrindən birini Venetsiya adlandırırlar, burada lap elə həmin İtaliya şəhərində olan kimi süni dar kanallarda qayıqlar və qondolalar üzür.
Populyar alış-veriş və əyləncə mərkəzi Park Bulvar, Beynəlxalq Muğam Mərkəzi və məşhur Azərbaycan Xalça Muzeyi də Dənizkənarı Milli Parkdadır.
Dənizkənarı Park çiçək və yaşıllıqlara bürünüb. Bulvarın yubileyi ərəfəsində dünyanın müxtəlif ölkələrindən bura cürbəcür ekzotik bitkilər və kollar, o cümlədən Argentinadan hər birinin çəkisi 7 ton, yaşı 150-dən çox olan baobablar, nəhəng kaktuslar, hündür zeytun və xurma ağacları gətirilib.
2008-ci ildən Azərbaycan Prezidentinin Fərmanı ilə bulvarda əsaslı yenidənqurma işləri aparılır. Bu işlərə Bakı Şəhər İcra Hakimiyyəti ümumilikdə 500 milyon ABŞ dolları ayırıb. Dənizkənarı Milli Parkın ərazisi daim genişlənir, son nəticədə o, əvvəlkindən beş dəfə böyük olacaq. O, bir tərəfdən, Dəniz Vağzalından Zığ qəsəbəsinədək, o biri tərəfdən isə Əl Oyunları Sarayından Bibi-Heybət məscidinədək uzanacaq.
2014-cü ildə Dövlət Bayrağı Meydanına qədər uzanan Dənizkənarı Milli Parkın yeni hissəsində 30 səkkiz yerlik şüşə kabinəsi olan 60 metr diametrli müasir attraksion-panoramın ("müşahidə təkəri") açılışı olub.
2. Filarmoniya bağı (Qubernator bağ)
Filarmoniya bağı əvvəllər Mixaylovsk bağı, Qubernator bağı, İnqilab və ya Filarmoniya bağı kimi tanınıb. O, Azərbaycan paytaxtında ən köhnə parklardan biridir. Parka "Qubernator bağı" adını qubernatorun evi ilə üzbəüz yerləşdiyinə görə veriblər. Bağ İçərişəhərin şərq qapısı ilə Azneft meydanı arasındakı ərazisində yerləşir.
4,6 hektar sahəsi olan bağın çox maraqlı tarixçəsi var. XIX əsrin 30-cu illərində şəxsi bostan və bağların yerində salınan bu park uzun illər şəhərin yeganə bağı olub. Qubernator bağının landşaftı əlli il müddətində yaradılıb və formalaşdırılıb.
XIX əsrin 60-70-ci illərində Qubernator bağının sahəsi yetərincə genişləndirilib, on il sonra isə burada rəqs meydançası, hovuz, köşklər, terraslar tikilib. XX əsrin əvvəllərində bağın aşağı və yuxarı hissəsi demək olar ki, bitişib. 1912-ci ildə Nikolayev və Sadovaya küçələrinin (indiki İstiqlaliyyət və Niyazi küçələri) tinində konsert zalı, yay estrada səhnəsi və restoranı olan İctimai Məclisin möhtəşəm binası inşa edilib. Bu, bağın landşaft kompozisiyasının formalaşmasını faktik olaraq tamamlayıb.
Adi şəhər sakinləri üçün bağa giriş həftədə bir günlə məhdudlaşdırılmışdı. Lakin yüksək rütbəli əsilzadələr, neft milyonçuları üçün qapılar həmişə açıq idi.
2009-cu ildə bağda bərpa işləri aparılıb. Bağın yenidən qurulması zamanı burada nadir ağaclar (palıd, sidr və göyrüş) və bir sıra ekzotik bitki növləri əkilib, yeni suvarma sistemi, gözəl landşaft kompozisiyaları meydana gəlib.
Bu gün, əvvəllər olduğu kimi, Filarmoniya bağı bakılıların və paytaxtın qonaqlarının sevimli istirahət yerlərindən biridir. Maraqlıdır ki, burada ağacların çətirində bir çox illərdir Azərbaycan faunasına xas olmayan, haradan gəldiyi bilinməyən tutuquşular məskən salıb. Parkda Dövlət Filarmoniyası, Şairlər Evi gəzintidən sonra istirahət edə biləcəyiniz çoxsaylı köşk, kafe və restoranlar yerləşir.
3. Zabitlər parkı
Şəhərin ən köhnə parklarından biri, əvvəllər bulvar adlanan Zabitlər parkı faşizmə qarşı döyüşlərdə həlak olan qəhrəmanların xatirəsinə Böyük Vətən müharibəsi illərində salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adı verilib. Əsaslı yenidənqurmadan sonra Zabitlər parkı 2011-ci ildə yenidən açılıb.
Bəzi köhnə cizgilərini çoxillik ağacların kölgəsində gizlədən 4 hektar sahəsi olan Zabitlər parkının siması tamamilə dəyişib. Burada orijinal işıqlandırma sistemi, əzəmətli daş fəvvarə və bu gün Bakının mərkəzi parklarının vizit-kartına çevrilmiş bürünc heykəllər qoyulub. Budur, fikrə dalan şahmatçı öz gedişini planlaşdırır, yaxud çayxana girişində gülərüz çayçı qonaqları salamlayır. Fəvvarənin yaxınlığında, skamyaların birində yorğun bürünc fotoqraf oturub. Bir az aralıda bir qız yoldan ötənlərə çiçək satır. Başqa bir qız isə "xana-xana" oynayır, ondan arxada bir dəstə uşaq əl-ələ verərək coşqun rəqs ritmində donub.
Parkda 700 kvadratmetr sahəsi olan qapalı buz meydançası, görünüşü və orijinal dizaynı ilə diqqəti cəlb edən qeyri-adi "buz" kafesi var.
4. Sahil parkı
Bakının mərkəzində daha bir böyük və səliqəli park yerləşir. Paytaxt sakinləri və qonaqlarının vaxtlarını keçirdiyi bu yer "Sahil parkı" adlanır. Sovet dövründə salınan bu park əvvəllər "26 Bakı komissarı meydanı" kimi tanınırdı. Bu gün burada, düz parkın ortasında, böyük və çox gözəl, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Fəvvarə suyunun şırıltısı il boyu çoxillik ağacların kölgəsində istirahət edən adamların ruhunu oxşayır. Bu ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var.
Bakının mərkəzi hissəsində, Xaqani küçəsinin, Bülbül prospektinin, Üzeyir Hacıbəyli və Rəşid Behbudov küçələrinin kəsişdiyi ərazidə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının qarşısında yerləşən bu park tarixi tikililərlə əhatə olunub.
Parkın perimetri boyunca Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin adları ilə bağlı binalar yerləşir. Məsələn, buradakı evlərin birində 1937-ci ildən 1967-ci ilə qədər Azərbaycanın böyük opera müğənnisi, SSRİ Xalq Artisti, Azərbaycan vokal musiqisinin əsasını qoyanlardan biri olmuş Bülbül yaşayıb.
Azərbaycan Rəssamlar İttifaqı da bu binada yerləşir. Bülbül prospekti ilə Xaqani küçəsinin kəsişdiyi yerdə. 1932-ci ildə yaradılmış Rəssamlar İttifaqı Azərbaycan rəssamlıq məktəbinin nümayəndələri olan çoxsaylı görkəmli heykəltəraş və rəngkarları birləşdirir.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası dünyada ən zəngin kitab kolleksiyalarından birinə malikdir. Milli mədəniyyət xəzinəsi olan bu kitabxana da böyük tarixi maraq doğurur. Kitabxananın binası 1949-cu ildə görkəmli Azərbaycan memarı, akademik Mikayıl Hüseynov tərəfindən layihələndirilib, bina 1960-cı ildə tikilib. Binanın fasadının yuxarı hissəsində yerləşən tağlarda Azərbaycanın və dünyanın görkəmli mədəniyyət, incəsənət və elm xadimləri Nizami Gəncəvi, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Səməd Vurğun, Aleksandr Puşkin, Dmitri Mendeleyev, Şota Rustaveli və başqalarının heykəllərini görmək olar.
5.Xaqani bağı (Molokan bağı)
Xaqani bağı Bakıdakı ən qədim parklardan biridir. Sahəsi nisbətən kiçik (0,8 hektar) olan bu bağın adı bir neçə dəfə dəyişdirilib. Hazırda o, orta əsrlərdə yaşamış, əslən Şamaxıdan olan böyük şair Xaqani Şirvaninin adını daşıyır. Lakin bu park Molokan bağı adı ilə daha məşhurdur. Bu da təsadüfü deyil. XIX əsrdə bu bağın ətrafında karvansaralar var idi. Rusiyanın müxtəlif yerlərindən mal gətirmiş Molokan tacirlər çox vaxt həmin karvansaralarda qalırdı. Yaxınlıqdakı küçələrdə, döngələrdə, həyətlərdə çəllək hazırlanan emalatxanalar vardı. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Molokan bağının adını dəyişib, 1905-ci il qanlı bazar faciəsi ilə əlaqədar "9 yanvar" bağı qoyublar. Sonra bu bağa Həşim Əliyevin adı verildi.
Bağın arxitektura-landşaft kompozisiyasının əsasını "Üç gözəl" heykəllər qrupu ilə əyrixətli formalı hovuz təşkil edir. Zərifliyi ilə seçilən gözəllər hovuzda iri təbii qaya parçaları üzərində oturublar.
Bağ pavilyonunun sütunları hovuzdan başlayır. Bağın cığırları elə istiqamətlənib ki, ətraf məkanı diaqonal üzrə kəsərək, ortada yerləşən hovuzun yanından keçir. Bağ kiçik olsa da, xudmanidir və bakılıların sevimli istirahət yeridir. Bağda ağaclar böyük kölgəlik zonalar yaradır. Kölgəlik yerlərdə isə istirahət üçün skamyalar qoyulub.
6. Səməd Vurğun adına bağ
Hazırda Azərbaycanın Xalq Şairi Səməd Vurğunun adını daşıyan bu park paytaxtın ən köhnə yaşıl məkanlarından biridir. Şəhərin mərkəzində, Bakı Dəmir Yolu Vağzalının və Dəmir Yolu İdarəsi binasının yaxınlığında yerləşən parkın əsası 1882-ci ildə dəmir məmulatı taciri Krasilnikovun şəhər bağının yerində qoyulub. 1961-ci ildə parkda Səməd Vurğunun abidəsi ucaldılıb. Abidənin müəllifləri heykəltəraş F.Əbdürrəhmanov və arxitektor M.Hüseynovdur.
2009-cu ildə park bərpa ediləndən sonra bakılıların və paytaxtın qonaqlarının ixtiyarına verilib. Piyada cığırlarına tava daşları döşənib, qazonlar salınıb. Növbənöv çiçək ləkləri salınıb. Bəzi ləklər Azərbaycan xalçalarının, kəlağayılarının və s. ənənəvi motivi olan buta şəklində əkilib. Parkda hələ sovet dövründə tikilən yaraşıqlı fəvvarələr bərpa edilib, işıqlandırma tamamilə yenilənib, yeni fənərlər quraşdırılıb, yüzillik ağacların kölgəsində rahat skamyalar qoyulub.
Hazırda S.Vurğun adına parkda hər şey ahəngdar və gözəl görünür. Park əvvəlki kimi şəhər sakinlərinin və paytaxtımızın qonaqlarının sevimli istirahət yeridir. Bura ənənəvi olaraq həm ahıllar, həm də cavanlar gəlirlər. Gənc analar, nənələr uşaqları gəzməyə çıxarır, gənclər kölgədə oturub qulaqlıqla musiqiyə qulaq asır, yaxud konki sürür, veteranlar isə bir qayda olaraq ya domino, ya da nərd oynayırlar. İlin isti aylarında axşamlar fəvvarələrin yanında istirahət edənlərin sayı xüsusilə çox olur.
7. Zorge adına park
Bakının çox geniş ərazidə yerləşən daha bir köhnə parkı - Zorge parkı bir neçə əyləncə yerini, o cümlədən uşaqlar üçün müasir attraksion parkını birləşdirir. Burada əhalinin istirahət etməsi üçün gözəl şərait yaradılıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb.
1981-ci ildə parkda əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin xatirəsinə abidə ucaldılıb. Abidənin müəllifləri - heykəltəraş V.Tsiqal və arxitektor R.Əliyev konstruksiyanın əsas mahiyyətini orijinal şəkildə çatdırmağa müvəffəq olublar. Divar şəklində abidənin üzərində kəşfiyyatçının təsviri həkk olunub. Onun diqqətli baxışları sanki ətrafdakıları müşahidə edir. Başdan-başa yaşıllıq içində olan park boyu rahat skamyalar düzülüb, uşaq meydançaları yaradılıb. Burada rayon səviyyəli tədbirlər keçirilir.
2012-ci ildə parkda ucaldılan Koroğlu abidəsi də diqqətəlayiq abidələrdən biridir. Abidənin yerdən hündürlüyü 23 metrdir. Əfsanəvi Qıratın belində oturan Koroğlunun möhtəşəm monumenti Ukraynada tuncdan tökülüb. Kompozisiyanın müəllifi Tokay Məmmədovdur.
İstirahət guşəsində "Koala Park" əyləncə mərkəzi də fəaliyyət göstərir. Bura həm uşaqlar, həm də böyüklər üçün eyni dərəcədə maraqlıdır.
8. Dağüstü park
Bakının düz mərkəzində yerləşən, yerli sakinlərin sevimli istirahət yeri olan Dağüstü park uzun illərdir paytaxtın ən gözəl parklarından biri sayılır. Parkın xalq arasında geniş yayılan daha biri adı - Baxış meydançasıdır. Sovet dövründə isə siyasi xadim Sergey Kirovun adını daşıyıb.
Dağüstü parkı unikal edən cəhət budur ki, onun ərazisindən şəhərə, Bakı buxtasına, buxta boyunca uzanan Dənizkənarı Milli Parka gözəl panoram açılır. Bu da parkın nə üçün Dağüstü adlandırılmasını izah edir. Hələ XX əsrin 30-cu illərində, Bakının baş planı hazırlanarkən məhz həmin fakt əsas götürülüb və nəzərdə tutulub ki, bu yerlərdə yaradılan Dağüstü park paytaxtın ümumi arxitektura kompozisiyasında mühüm rol oynayacaq.
Park memar L.A.İlyinin layihəsi əsasında Bakı karxanalarının rəngbərəng əhəng daşlarından istifadə edilməklə köhnə qəbiristanlığın yerində salınıb. Yeri gəlmişkən, parkın daha bir köhnə adı bu qəbiristanlıqla bağlıdır - İngilis parkı. Deyilənə görə, ötən əsrin 20-ci illərində burada 1918-ci il mart hadisələrinin qurbanları ilə yanaşı, Rusiya imperatorunun devrilməsindən sonra Bakıya gələn ingilis əsgərləri də dəfn edilib.
Lev İlyin parkın salındığı ərazinin mürəkkəb relyefinin xüsusiyyətlərindən məharətlə istifadə edib. Pilləkən və pandusla əlaqələndirilmiş xiyaban və terraslar, baxış meydançaları Bakı buxtasının mənzərəsi ilə gözəl harmoniya təşkil edir.
Dövlətimizin başçısının Bakının park və xiyabanlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırığına əsasən 2013-cü ildə Bakının Dağüstü parkı əsaslı şəkildə yenidən qurulub və sözün həqiqi mənasında, yeni görkəmdə paytaxtımızın sakinləri və qonaqlarının gözünü oxşayır. Parkın yenidən qurulmasında relyefin müxtəlifliyindən məharətlə istifadə edilib. Görülən işlər və meydançaların əlverişli yerləşdirilməsi nəticəsində park turistlər və şəhər sakinləri üçün daha cəlbedici olub.
Parkda yeni yollar və cığırlar salınıb. Burada yeni şəlalə kompleksi quraşdırılıb, yaşıllaşdırma işləri aparılıb, köhnə ağaclar saxlanılmaqla yeni dekorativ bitkilər əkilib. Müasir işıqlandırma sistemi parkın gözəlliyini daha da artırıb.
Dağüstü parkda tikilmiş kafenin yuxarı mərtəbəsindən Bakının və Xəzərin mənzərəsini müşahidə etmək olar. Parkı şəhərin Azneft meydanı ilə Bakı funikulyoru birləşdirir.
Dağüstü parkda Azərbaycan İstiqlal Muzeyi və 1990-cı il Qara Yanvar qurbanlarının və Qarabağ müharibəsində həlak olanların uyuduğu Şəhidlər xiyabanı yerləşir.
Parkda məzarlıq olduğu üçün burada sakitlik hökm sürür, səs-küylü attraksionlar yoxdur. Məhz bu sakitlik və şam ağaclarının xışıltısı parka gələnlərin qəlbinə rahatlıq gətirir. Parkdan açılan əsrarəngiz mənzərə ilə bu hissləri daha da gücləndirir.
9. Heydər Əliyev Muzey-park kompleksi
Bakının ən gözəl parklarından biri olan Heydər Əliyev adına park şəhərin mərkəzində, Bakı Musiqi Akademiyasının yanında, Heydər Əliyev Sarayının qarşısında yerləşir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 82-ci ildönümündə burada Heydər Əliyevin abidəsi ucaldılan memarlıq kompleksi açılıb. Kompleksi Moskvanın baş rəssamı İqor Voskresenskinin rəhbərliyi ilə Rusiya memarları və heykəltəraşları yaradıb. Abidənin ümumi hündürlüyü 12 metr, heykəlin öz hündürlüyü isə 5 metrdən çoxdur. Park bütünlüklə yenidən qurulub və Heydər Əliyev Muzey-park kompleksi adlandırılıb.
Burada səkkizguşəli ulduz - Azərbaycanın milli rəmzi formasında üç yeni fəvvarə qurulub. Fəvvarələr kompyuter vasitəsilə idarə olunur. Onların üzünə çəkilmək üçün Çindən 50 tonluq bütöv qranit gətirilib. Kompleksin 23 min kvadratmetrlik böyük bir hissəsi Rusiya, Braziliya, İtaliya, Türkiyə və Qazaxıstandan gətirilən mərmərlə örtülüb. Güllər və yaşıl qazon Hollandiyadan gətirilib. Bütün yay boyu çiçək açan maqnoliya ağacları parka xüsusi yaraşıq verir. Parkda tez-tez şəhər tədbirləri keçirilir.
Heydər Əliyev Sarayının arxasında digər möhtəşəm park kompleksi, el arasında "Qış parkı" deyilən ən yaşıl zona yerləşir. Burada 7 hektardan çox ərazidə 2 minədək ağac və müxtəlif ölkələrdən gətirilmiş 10 mindən çox dekorativ kol əkilib. Ərazinin böyük hissəsi çəmənliklə örtülüb. "Qış parkı"nda 5 müasir və qeyri-adi fəvvarə, 6 yeraltı və 4 yerüstü keçid, 13 lift və 13 eskalator (o cümlədən fiziki imkanları məhdud insanlar üçün eskalator) var. Parkda 3 yay kafesi, 3500 avtomobil üçün ikimərtəbəli yeraltı dayanacaq fəaliyyət göstərir.
Maraqlıdır ki, yolların və park kompleksinin tikintisi zamanı burada unikal əməliyyat aparılıb - binanın yeri 10,6 metr dəyişdirilib. Bu üçmərtəbəli ev 1908-ci ildə tikilib və Hacınski qardaşlarına məxsus olub. 18 min ton çəkiyə malik bina dünyada yeri dəyişdirilən ən ağır binadır.
10. Fəvvarələr meydanı
Fəvvarələr meydanı - Bakının ilk şəhər meydanıdır. Meydanın adı burada fəvvarələrin çox olmasını bildirir. Burada həm klassik, həm də avanqard formada, o cümlədən postament üzərində yerləşən 6 polad kürə şəklində fəvvarə var. Meydanın ətrafında XIX və XX əsr memarlıq abidələri yerləşir. Onlardan Nizami adına muzeyin binasını (1860), "Araz" kinoteatrının binasını (1870) qeyd etmək olar.
Əvvəllər Parapet meydanı kimi tanınan Fəvvarələr meydanı 1868-ci ildə Bakı qubernatoru Mixail Kolyubakinin təşəbbüsü ilə memar Qasım bəy Hacıbababəyovun layihəsi əsasında tikilib. Meydan bir müddət qubernatorun şərəfinə Kolyubakin meydanı adlandırılıb.
Daha sonra Parapet meydanı Karl Marksın adını daşıyıb. 1950-ci illərin yenidənqurma işlərindən (memar İ.Tixomirov) sonra bu bağ müasir şəhərin planında öz mövqeyini möhkəmlədib. Nəticədə bağ Mətbuat evi və kitabxana binasının kiçik və köhnə bağları ilə əlaqələndirilən, geniş, yaxşı yaşıllaşdırılmış meydana və bağa çevrilib. Bakının mərkəzi hissəsində qovşaq yerini tutan bağ Nizami küçəsi ilə yanaşı, uzun illər piyada əsas yolu olub.
1984-cü ildə bağın yenidən qurulmasında yeni mərhələ başlanıb. Memar və rəssam R.Seyfullayevin ideyasına əsasən parkın görünüşü nəzərəçarpacaq dərəcədə dəyişib. Meydan və bağın ərazisi qırmızıya çalan xüsusi beton pilətələrlə örtülüb, bağın terras və pilləkənləri ağ daşlarla haşiyələnib. Bağın memar-landşaft kompozisiyasının mühüm hissəsini fəvvarələr təşkil edir. Məhz fəvvarələrin çox olmasına görə bura Fəvvarələr meydanı adlanır. Parkın mərkəzində yerləşən fəvvarə heykəltəraşlıq kompozisiyası ilə bəzədilib.
2010-cu ildə Fəvvarələr meydanı tamamilə yenidən qurulub. Burada fəvvarə, fənər, pavilyon və köşklər yenidən qurulub, yaşıllıq qorunub saxlanılıb, ərazisi genişləndirilib. Bu gün meydan Bakının mərkəzi hissəsinin "siması"dır.
11. Axundov bağı
M.F.Axundov adına bağ, daha çox Axundov bağı kimi tanınan bağ metronun "İçərişəhər" stansiyasından yuxarıda, hərəkətin çox olduğu Lermontov, Əhməd Cavad və Səid Rüstəmov küçələrinin kəsişməsində yerləşir. Bu köhnə Bakı parkında Azərbaycan dramaturqu, yazıçı, filosof və maarifçi Mirzə Fətəli Axundzadənin abidəsi ucaldılıb. Abidə 1930-cu ildə qoyulub, müəllifi Pyotr Sabsaydır. O, Odessada doğulsa da, 1926-cı ildən Bakıda yaşayıb və işləyib.
Bağ kiçik olsa da, park üçün lazım olan hər cür şərait, o cümlədən rahat skamyalar, orijinal çıraqlar, gül kolları, mərmər cığırlar, işıqlandırılan kollar, xüsusi dibçəklərdə güllər, çəmənlik var.
Sahəsi 1300 kvadratmetr olan bağça 2008-ci ildə yenidən qurulub. Bərpadan sonra burada 3 mindən çox gül və bəzək kolu əkilib.
Bağçanın yanında maraqlı tarixi binalar yerləşib. Səid Rüstəmov küçəsində neft maqnatı Dmitri Mitrofanovun evi yerləşir. Evin tikintisi 1903-cü ildə başa çatıb. Bina əjdaha formasında orijinal konsol və sütunları ilə seçilir, binanın fasadı isə heykəllər və "D.M" monoqramı ilə bəzədilib. Mitrofanovun evinin yanında "çəhrayı ev" - Dövlət Bankı işçilərinin yaşayış evi yerləşir. Binanın memarlığında XIX əsr Şəki və Şuşa şəhərlərinin tikililəri üçün xarakterik elementlərdən istifadə edilib.
12. Dədə Qorqud parkı
Müasir parklardan olan Dədə Qorqud parkı 2013-cü ildə açılıb. 6 hektar ərazidə salınmış bu park paytaxtın ən böyük parklarındandır. Burada istirahət üçün hər cür şərait yaradılıb, yaşıllaşdırma işləri aparılıb, süni göl yaradılıb, müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılıb. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Parkın mərkəzində heykəltəraş Göyüş Babayevin "Kitabi-Dədə Qorqud" abidəsi ucalır.
"Kitabi-Dədə Qorqud" dastanı 1300 il yaşı olan, Azərbaycan xalqının tarixi keçmişini əks etdirən sənət abidəsidir. Dastanda xalqın vətənpərvərliyi, qəhrəmanlığı, müdrikliyi, tarixi keçmişi, mənəvi dəyərləri, oğuz türklərinin adət və ənənələri, Azərbaycan toponimləri əksini tapıb. Bu dastan dilimizin qədim incəliklərini, xalqımızın mədəniyyətini öyrənmək üçün əvəzolunmaz mənbədir.
Parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə yaradılıb. Parka gələnlər katamaranları kirayə edərək göldə gəzə bilərlər. Bunun üçün iki körpü var. Bundan başqa, süni şəlalənin aşağı hissəsində, habelə xüsusi su bitkiləri üçün nəzərdə tutulan kiçik körfəzin üzərində gəzinti üçün körpü salınıb.

Bolme: Sekiller
Fikirler (0)
Fikir Yaz
Oxsar Xeberler: