Gələn ay "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "20 yanvar" stansiyasındakı eskalatorlar dəyişdiriləcək.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında qeyd edib ki, dəqiq tarix haqqında məlumat veriləcək. N.Paşayev bildirib ki, "20 yanvar" stansiyasında hazırda fəaliyyətdə olan 3 eskalatorların istifadə müddəti bitib, həmin eskalatorlar yenisi ilə əvəzlənəcək. Eskalatorların dəyişdirilməsi müddətində metronun "20 yanvar" stansiyasının ikinci vestübülü bağlı olacaq.