Qeydiyyat

İnsanın ixtiyarı çatmır, azad deyil...

149


İnsanın ixtiyarı çatmır, azad deyil bunda ki, dünyaya gələ, ya gəlməyə. İnsanın ümumi halda azadlığı mümkündür, yalnız ixtiyarı çatan, iradəsi çatan çərçivədə.

Axı insan yeganə məxluqdur ki, buna iradə verilib, ixtiyar verilib. Yeganə məxluqdur ki, Allahın Yer üzündə nümayəndəsidir, xəlifəsidir və bu baxımdan - ən ali məxluqdur, ən əhəmiyyət kəsb edən bir varlıqdır. Yaradılanlar arasında ən əhəmiyyətli bir varlıq insandır və ən qiymətli bir varlıq da insandır.

Allah Təala - aləmlərin Rəbbidir, qəyyumudur, himayədarıdır, vücudverənidir, həyat bəxş edənidir. Bütün varlıqlar da mərbubdurlar, yəni Onun rəbbliyini qəbul edirlər (hər an vücud alırlar) - istəsələr də, istəməsələr də.

Biz görürük ki, Allah-Təala insanı çox gözəl bir adla ünvanlayır. İnsana elə bir ad verir ki, bütün başqa məxluqatlar, bütün başqa varlıqlar, bütün başqa yaranmışlar həsrətində olardılar bəlkə də bunun.

"Əhsənül-məxluqin" - yəni məxluqların, xəlq olunmuşların ən gözəli. Çünki insanı yaradandan sonra onu yaradan Rəbbi, öz gözəl adlarından ona öyrədib. Biz Qurandan görürük ki, Allah-Təala insanı yaratdığına görə Özünə "əhsən!" deyir.

İlahi, bu nə məntiqdir? Rəbbimiz nə istəyib çatdırsın bizə, insan yaratdığına görə Özünə tərif verməklə? Quran deyir, nə mübarək və nə əzəmətlidir o Allah ki, "əhsənül-xaliqin"dir.

"Əhsənül-xaliqin" - "Xaliqlərin ən gözəli" deməkdir. Yəni nə? Yəni nə mübarək və nə əzəmətlidir o Allah ki, məxluqların ən gözəlini yaradıb. Xəlq olunanların ən alisini yaradan - yarada bilənlərin ən Alisidir. Yəni insan - "əhsənül-məxluqin"dir, Allah-Təala isə "əhsənül-xaliqin"
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: