Qeydiyyat

İnsan şəxsiyyəti haqqında bir neçə hədis

176


İmam Əli (ə) buyurur: "Sizin dəyəriniz təkcə behşitlə əvəz olur. Behiştdən başqa bir şeyə özünüzü satmayın". (Nəhcül-bəlağə, Hikmət bölməsi, 456-cı səh.)

O Həzrət başqa bir hədisdə buyurur: "Ağıllı bir varlığın insan kimi yaşaması mümkün olduğu halda, onun heyvan kimi yaşaması çox pisdir".

Yenə o Həzrət buyurur: "Təkcə şəxsiyyətsiz insanlar lovğa olurlar".

İmam Sadiq (ə) buyurur: "Qəlb Allahın hərəmidir. Allahın hərəminə qeyri-ilahi şeyləri daxil etməyin".

Doğrudan da insanın qəlbi Allahın hərəmi olduğu halda nə üçün günah və pisliklərlə özünü həlak etmişdir?

İmam Əli (ə) buyurur: "Təəccüb edirəm o şəxsə ki, itirdiyi adi şeyini axtarır. Halbuki öz şəxsiyyətini itirib, amma onu axtarmır". (Qürərül-hikəm, 4-cü cild, 340-cı səh.)

İmam Əli (ə) başqa bir hədisdə buyurur: "Allah bəndələrinin təmiz qəlbləri Allahın diqqət etdiyi yerdir." (Mizanül-hikmət, 8-ci cild, 229-cu səh.)

O Həzrət başqa bir kəlamında buyurur: "Arif o şəxsdir ki, özünü tanıyıb onu müstəqil və azad etsin. Sonra onu bütün həlak edici xislətlərdən təmizləsin". (Qürər.)

Yenə o Həzrət buyurur: "İnsanın özünü dünya həyatına satması nə pis ticarətdir!"

Bu ayə və hədislərdən nəticə alırıq ki, insan qiymətli və fəzilətli bir məxluqdur. O, öz dəyərini qoruyub saxlamalı, şəxsiyyətinə qiymət verməlidir.

Çünki insanın özünün və eləcə də başqalarının şəxsiyyətinə ehtiramla yanaşması, onu günahlardan uzaqlaşdıran bir amil kimi, onun düz yola hidayət olunmasında da mühüm və əvəzsiz rol oynayır.
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: