Qeydiyyat

Şeytani vəsvəsələri özümüzdən necə uzaqlaşdıraq?

443


Qurani-Kərim və hədislərə əsasən Şeytan xəyali bir varlıq yox, həqiqi bir varlığdır. O zahirdə insana bir zərər yetirə bilməsə də, insanın istək və düşüncələrində təsir qoya bilir.

Amma bu təsir birbaşa deyil dolayısı ilə olur. Yəni Şeytan sadəcə hər hansı bir şeyi insanın gözündə cilvələndirə bilir. Qısa desək insanı aldada bilir. Bu da Allah Təalanın ona verdiyi bir istedaddır, yəni işi budur.

"(Cinlərin babası) can tayfası (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik." (Hicr-27)

"(İblis) dedi: 'Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!" (Hicr-39)

Şeytan insan üçün təhlükəli, həmdə düşmən olan bir varlığdır. Amma ilahi bir lütf, ilahi bir inayət olarsa sözsüz ki insan o şeytanın öhdəsindən gələ bilər. Onun işi yalnız aldatmaqdır. İnsan şeytanın hiylələrinə uymasa ticat tapıb, rəbbinin yolundadır deməkdir.

"(Şeytan) onlara (müşriklərə) vədlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan vədlər verir." (Nisa-120)

Təbii ki insanı da şeytanını da yaradan Mütəal Allahdır ve rəbbimizin gördüyü bütün işlər hikmət və hədəf üzrədir. Heçbir şey hədəfsiz və mənasız deyildir.

Allah Təala şeytana aldatmaq, azdırmaq izni veribsə, insana da qorunmaq, öz müqəddəratını həll etmək gücü verib.

Allah Rəsulu (s) insanın bu mübarizəsinin yolunu bizim üçün icmali şəkildə necədə gözəl bəyan edib:

"Sizə bir şey xəbər verimmi ki, əgər onu etsəniz məşriq məğribdən uzaq olan kimi şeytan da sizdən uzaq olsun?!

Oruc tutun! Oruc şeytanın üzünü qaraldar.

Sədəqə verin. Sədəqə onun belini sındırar.

Allaha xatir, Allah yolunda sevmək.

Xeyir işlərdə vasitəçi olun, bu onun əzmini qırır.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: