Qeydiyyat

Möminlərə xatircəmlik və aramlıq bəxş edən zikr

395


Zikr Mütəal Allahın yad olunması mənasındadır. İstər bu iş qəlblə olsun, yaxud dil ilə olsun.

Zikr həm Allah Təala yanında, həm də momunlərin yanında ən gözəl, ən qiymətli işlərdən hesab olunur. Xüsusəndə momunlərin qəlbinin şadlıq və rahatlıq vasitəsidir.

"O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!" (Rəd-28)

Zikr etmək ümumi mənada olan anlayışdır. Zikir gündəlik vacıbatlara, ibadətlərə, haramdan çəkinməklərə və başqa bütün ilahi buyuruqlara şamil olunur. İnsanın zikir etməsi əzalarını və qəlbini Allaha bağlaması deməkdir.

Mərhum Ayətullah Musəvi Xomeyni buyurur: "Baxmayarq ki həqiqi zikir qəlbə aiddir ən gözəl zikir o olar ki, qəlbdə olan zikir dillə, bütün əzalarla həmahənglik təşkil etsin. Ən əfzəl və ən kamil zikir odur ki, insanın bütün əzalarından nəşət tapıb, onlarda seyr eləsin.

Bütün zahir və batinində cari eləsin. Dil zikri də bəyəniləndir, çünki bu növ zikir də insanı həqiqətə çatdırır. Bu üzdəndir ki, rəvayətlərdə dil zikri də böyük mədhlə tərif edilmişdir."

Qurani-Kərim buyurur: "Ey iman gətirənlər! Allahı çox zikr edin!" (Əhzab-41)

Allah Rəsulu (s) qiyamətdə insanların ən ustun məqama sahib olanı kim olacaq sualına " Ən çox zikir edənlər" deyə cavab verib.

Təbərisi Məcməul Bəyanda çox zikr etməyin açıqlamasında qeyd edir ki, "İnsan hər bir halda Sübhanəllah, Əlhəmdulillah, Lailahə illəllah və Allahu Əkbər deyə bilsin." Yəni insan bütün hallarında rəbbini bu sifətlərlə xatırlasa daim zikr halında olmuş olur.

Hər bir kəs rəbbini çox zikr etməlidir. Fərqi yoxdur qəlbi ilə olsun, yaxud dili ilə olsun. Çünki hər ikisi insanı rəbbinə götürməyə xidmət edir. Zikirlərin ən üstünü isə qəlbin və əzaların hamısı ilə, bütün vücudu ilə olan zikirdirki, bütün alim və ariflər bunu təsdiq edirlər.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: