Qeydiyyat

İnsanın əlləri ona şahidlik edəcək

359


İnsanın əlləri ona şahidlik edəcək - İsra surəsiQurani-Kərimə əsasən Allah Təala insanı yaradaraq ona ağıl və idrak bəxş edib. Bununla da insanı varlıq aləminin ən üstünü qərar verib.

Təbii ki, bu üstünlük insana verilən bir imtiyaz olmaqla bərabər onu məsuliyyətli edir. Çünki hər bir insan ağıl və idrakının qədərində hesaba çəkiləcək. İslam şəriətinə əsasən uşaqların və əqli qüsuru olanların məsuliyyətdən azad olması bunun bir növ göstəricisidir.

Bütün bu deyilənləri əxlaq ustadlarının təbiri ilə desək, insanın bütün əza və nəfsani xislətləri ağılın "hakimiyyəti" altında olmalıdır. İnsan bütünlüklə özünə ağlı ilə nəzarət etməli, bütün istəklərini və əzalarının fəaliyyətini hiss və arzuları ilə deyil ağlı ilə idarə etməlidir.

Quran bu məsələyə işarə edərək buyurur:

"Haqqında məlumatın olmadığı bir işin dalınca olma! Çünki qulaq, göz və ürək - bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır". (İsra-36)

Quran bu ayədə qulağı, göz və qəlbi nümunə çəkir. Digər ayələrdə də buna bənzər nümunələr gətirir, insanın bütün əzalarının danışaraq şəhadət verəcəyini zikr edir:

"Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər". (Yasin-65)

Quran bu kimi ayələrlə insanı həm təhdid edir, həm də onu agahlığa dəvət edir. Allahın əmrindən çıxan insan düşünməsin ki, şahidi yoxdur!
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: