Yer insanların bu əməllərinə görə nalə edib ağlayarDünyada bütün məxluqatın özünə görə dili və hissi vardır. Hətta daşların və dağların belə dili vardır.
Quranda belə deyilir. Onların danışığını biz görməsək hiss etməsək belə, onlar Allaha təsbih deyib onu təqdis edirlər. Bundan savayı hər şeyə qadir olan Allah dağ və daşları belə bizim əleyhimizə o dünyada dilə gətirəcəkdir.
Yasin surəsinin 65-ci ayəsində buyurulur: "Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik - dediklərinə görə) onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri bizimlə danışar, ayaqları isə şəhadət verər."
İsra surəsinin 44 ayəsində cansızların belə danışdığı Allaha təsbih etdiyi digər tərəfdən insanların onu anlamadığı buyurulur: "Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təsbih deməsini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!"
Üstündə gəzdiyimiz, üzərində yaxşı, pis və cinayətli əməllər etdiyimiz yer də hissiyyatlıdır və danışa bilir.
Hədislərdə gəlibdir ki yer insanın bəzi əməllərinin şahidi olanda nalə çəkib ağlayar
Şeyx Səduq əl-Xisal kitabında Məhəmməd peyğəmbərdən (ə) bu barədə belə bir hədis nəql edir:
" Yer Allahının yanında üç şeyə görə nalə çəkib ağlayar ki o heç vaxt belə nalə etməyib:
1- Onun üzərinə tökülən haram qana (insanların nahaq yerə qətli) görə,
2- Zinadan sonra insanın özünü yuması zamanı,
3- Dan yeri sökəndə insanın yatması".