Qeydiyyat

Qurani Kərim yaradılmışların ən xeyirlisini belə bəyan edib

438


İnsan dünyanın mehvəridir. Yəni dünyanın var olmasında əsas amil insandır. İnsan yaşasın deyə Mütəal Allah dünyanı var edib. Dünya nemətlərini insanın ixtiyarına qoyub. Yer mülkünün sahibi demək olar ki, insandır.

Bəs insanın yaradılışındakı hədəf nədir, Quran bu barədə nə buyurur ? Bu mətləbə işarə edərək Quranda buyurulur:

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! (Zariyat-56).

Demək insanın yaradılış hədəfi Rəbbi tanıması, ilahi mərifət əldə etmək və bu mərifətdən doğan ibadətlər və əməllərdir. İnsan ilk öncə İlahi mərifət (tanıma) əldə edir. Bu mərifət onu Rəbbinə ibadətə sövq edir. İbadətlə aşılanan insan əxlaqi, mənəvi dəyərlər əldə edir. Təbii ki, gözəl və mükəmməl əxlaq sahibindən pis əməl baş verməz. Əksinə imanlı və saleh əməlli birisi olar.

Məhz belə şəxsləri Allah Təala yaradılmışların ən yaxşısı adlandırıb:

İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır (Bəyyinə-7).

Dünyanın mehvəri insandır. Bütün məxluqatın ən üstünüdür. Bu üstünlüyü ona Rəbbi tərəfindən bəxş edilmiş ağlı qazandırmışdır. İnsanların içində isə ənyaxşısı Allaha iman gətirən və saleh əməl sahibləridir.

Belə olan halda Quranın da buyurduğu kimi yaranmışların ən yaxşısı Allaha iman edən və saleh əməl sahibləridir.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: