Bir çox hədislərə əsasən, İmam Mehdinin (ə.f) Bədrdə döyüşən səhabələrin sayı qədər, yəni 313 nəfər səhabəsi olacaq.[1] Bəzi hədislərdə də bildirilir ki, İmam Mehdinin (ə.f) zühurdan sonra on minədək səhabəsi olacaq.
İmam Baqir (ə) buyurmuşdur: "İmam Mehdinin (ə.f) ətrafında on min nəfər toplandıqdan sonra yer üzündə Allahdan başqa məbud qalmaz..."[2]
Şeyx Tusi nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: "Rükn və məqam arasında Bədr əhli sayda insan həzrətə beyət edəcək. Onların arasında Misir, Şam və İraqdan gələnlər var..."[3]
İbn Tavus öz kitabında bir çox səhabələrin və onların şəhərlərinin adını qeyd etmişdir.
Nömani nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: "And olsun Allaha! Üç yüz neçə nəfərin arasında əlli nəfər qadın var".[4] Müfəzzəl ibn Ömər İmam Sadiqə (ə) istinadən bildirib ki, Qaimin (ə) səhabələri arasında on üç nəfər qadın da var.[5]
Bəzi hədislərdə bildirilir ki, həzrətin əlli qadın səhabəsi həmin 313 nəfərdəndir. Cabir ibn Yezid Cövfi nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: "And olsun Allaha! Üç yüz ondan çox şəxs gələr və onların əlli nəfəri qadındır. Onlar Məkkədə bir yerə toplanar..."[6]
[1] Yәnabiul-Mәvəddəd, səh.509; Elamul-vəri, səh.433
[2] Həmin mənbə
[3] Tusi, Əl-ğeybət, səh.284
[4] Nömani, Əl-ğeybət, səh.279
[5] Dəlailul-imamət, səh.259; İsbatul-hudat, c.3, səh.75
[6] Məcməul-zəvaid, c.7, səh.315