Qeydiyyat

İnsanın yaradılışı ilə kainatın yaradılışı arasında oxşarlıq

354


Mərhum Şeyx Mufid nəql edir: "İmam Kazım (ə) buyurur: "Həqiqətən də Allah Təala iki aləmi bir-biri ilə əlaqədə xəlq etmişdir.

Onların biri alidir, o birisi isə alçaqdır. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi xəlq etmişdir, insan başını da günbəz kimi kürəvi xəlq etmişdir.

İnsan başında olan tüklər, ulduzlar kimidir. Gözləri Ay və Günəş kimidir. Tənəffüs yollarını cənub-şimal, qulaqlarını şərq-qərb kimi qərar vermişdir. İnsanın göz qırpması qığılcım kimidir. Danışması səmada olan ildırım çaxması kimidir.

Yol getməsi - kainat ulduzlarının hərəkəti, əyləşib baxması şəfərli ulduzlar kimidir. İnsanın yuxusu onların düşməsi kimidir. Ölümü isə o ulduzların fəna və məhv olmasıkimidir".

"Kərim Allah insanın arxasında 24 fəqərə qərar vermişdir ki, gecə və gündüzün 24 saatı kimidir. Daxilində 30 bağırsaq qərar vermişdir ki, ayların (günlərinin) sayı kimidir. Bədənini 12 üzvdən təşkil etmişdir ki, insanın ana bətnində ən çox həml olması kimidir.

Həkim Allah insanı nəfs və ruhdan yaratmışdır ki, nəfs vasitəilə insan müxtəlif yuxular görər. Cismi müxtəlif bəla və xəstəliklərə məruz qalar ki, nəhayət torpağa qayıdar. Ruh o zamana qədər ki, cisim yer üzərindədir - onunladır və ondan sonra ayrılacaqdır".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: