Qeydiyyat

Həzrət Məhdinin zühurunun 10 xüsusiyyəti

415


İmam Zaman ağanın (ə.f) zühurunun bəzi xüsusiyyətləri vardır ki, onlarla tanış olaq:

1. Qəti olması. "Beləliklə and olsun göyün və yerin Rəbbinə ki, bu, (sizin ruzinizin göydə olması) sizin danışdığınız (zaman danışmağınızıbildiyiniz) kimi bir həqiqətdir (Allahın əzəli elmindən keçərək Lövhi-məhfuzda yazılıb və icra mərhələsinə yetişib)". ("Zariyat" 23).

İmam Səccad (ə) bu ayə haqqında buyurur ki, ayənin məqsədi - Həzrət Qaimin (ə.f) qiyamıdır. Allah Təala iman gətirən və saleh əməl yerinə yetirən kəslərə vədə vermişdir ki, Həzrət Məhdinin (ə.f) zühuru zamanı onlara hakimiyyət verəcək və onların dinini hər yerə yayacaqdır. Bu, elə bir hadisədir ki, baş verməsi qətidir və onda heç bir şübhə yoxdur.

2. Zühurun ani baş verməsi. "Yoxsa onlar, (barəsində) qəflətdə ikən Qiyamətdən qeyrisinin gözlənilmədən onlara gəlməsini gözləyirlər?!".("Zuxruf" 66).

İmam Muhəmməd Baqir (ə) bu ayə haqqında buyurur: "O, Həzrət Qaimin (ə.f) saatıdır ki, anidən gəlib çatacaqdır".

3. Yəvmullahdır - Allah günüdür. "Və Allahın günlərini (qələbə və məğlubiyyət, böyük nemətlərin baş verməsi, acı hadisələr, dini bayram və vəfat günləri kimi Allaha mənsub olan günləri) onların yadlarına sal". ("İbrahim" 5).

İmam Baqir (ə) buyurur: "Allah Təalanın günləri üç gündür: Həzrət Qaimin (ə) qiyam etdiyi gün, rəcət günü, Qiyamət günü".

4. Səma nidası. "Carçının (İsrafilin sur ilə ikinci dəfə, dağılmış bütün bədənlərə nisbətdə eyni ölçüdə) yaxın yerdən car çəkəcəyi gün qulaq as (və həmin nidanı gözlə)! (Bərzəx aləmində olan bütün ruhların) haqq olan (və Lövhi-Məhfuzda təsbit edilmiş) həmin bağırtını eşidəcəkləri gün! (Həmin) o gün (hamının qəbirlərdən) çıxma günüdür".("Qaf" 41-42).

Əli ibni İbrahim Qumi öz təfsirində İmam Sadiqin (ə) adından bu ayə haqqında buyurmuşdur: "Carçı Həzrət Qaimin (ə.f) və atasının adını çağıracaqdır".

Həzrət (ə.f) zühur etdiyi zaman hamı onu eşidəcəkdir.

5. Cəbrayilin (ə) beyəti. "(İslamın qələbəsi və müşriklərin əzabı barədə) Allahın əmri gəlib çatdı, buna görə də, onda tələsməyin. Allah ona şərik qoşduqlarından pak və ucadır". ("Nəhl" 1).

İmam Sadiq (ə) buyurur: "Həzrət Qaimlə (ə.f) beyət edən ilk kəs Cəbrayildir (ə) ki, ağ quş kimi nazil olacaqdır və Həzrətə (ə.f) beyət edəcəkdir.

Sonra bir ayağını Beytul-harama və bir ayağını da Beytul-müqəddəsə qoyub, məxluqların eşidə biləcəyi səslə fəryad çəkəcəkdir:

أَتَی أَمْرُ اللّهِ فَلاَ
تَسْتَعْجِلُوهُ

6. Əmirəl-möminin (ə) vilayətinin isbatı. "Əlbəttə, onun xəbərini bir müddət sonra biləcəksiniz (bəşəriyyətin nəsli kəsilənədək tədricən onun həqiqət və maarifi insan cəmiyyəti üçün aydınlaşacaq və onun digər dinləri üstələməsi məlum olacaqdır)". ("Sad" 88).

İmam Baqir (ə) bu ayə haqqında buyurur: "Bu ayənin məqsədi - Qaimin (ə.f) zühuru zamanıdır".

Həzrət Məhdinin (ə.f) zühuru zamanı hamıya aşkar olacaq xəbər - Əmirəl-möminin (ə) vilayətidir.

7. Yəhudilərin və xristianların iman gətirməsi. "Kitab (Tövrat və İncil) əhlindən elə bir nəfər yoxdur ki, ölümündən (bir neçə an) qabaq ona (İsanın Allahın elçisi və qulu olmasına) iman gətirməsin (lakin bu imanın heç bir xeyri yoxdur).

(Yaxud: Kitab əhlinin hamısı (dünyanın sonunda İsa göydən yerə gələndən sonra və) ölümündən qabaq ona iman gətirəcək). O da Qiyamət günü onlara şahid olacaqdır". ("Nisa" 159).

Şəhr ibni Huşəb nəql edir: "Həccac mənə dedi: "Allah kitabında bir ayə vardır ki, onda qalmışam".

Sonra bu ayəni tilavət etdi. Dedim:"Həqiqətən, İsa (ə) Qiyamət günündən əvvəl dünyaya enəcəkdir, yəhudi və ondan qeyrisində olan heç bir din əhli qalmacaqdır, məgər o halda ki,ölməzdən əvvəl ona iman gətirərlər. Həzrət Məhdinin (ə.f) arxasında namaz qılacaqdır".

Məndən soruşdu ki, bunu kimdən nəql edirsən? Dedim: "Bu dediklərimi Muhəmməd ibni Əli ibni Hüseyn ibni Əbitalibdən (ə) nəql edirəm".

8. Zühur zamanı kafirin iman gətirməsinin faydasızlığı. "(Ya Peyğəmbər) de: "Fəth günü (əzabın nazil olma zamanı, yaxud Qiyamət günü) kafir olanların iman gətirmələrinin heç bir faydası olmaz və onlara heç bir möhlət verilməz!"". ("Səcdə" 29).

İmam Sadiq (ə) bu ayə haqqında buyurur: "Fəth günü o gündür ki, dünya Həzrət Qaimin (ə.f) üzünə açılacaqdır. Hər kim ondan əvvəl mömin olmamışdır və bu fəthdən sonra iman gətirərsə, imanının onun halına faydası olmaz.

Ancaq o kəsin ki, bundan əvvəl imanı olubdur və zühuru gözləyibdir - imanı onun üçün faydalı olacaqdır. Allah məqam və şənini o Həzrətin (ə.f) yanında böyük edəcək və Qiyamət günü behişti onun üçün zinətləndirəcəkdir. Budur Əmirəl-möminin (ə) vilayətinin dostluğunun mükafatı".

9. Yer İmamın (ə.f) yardımına gələcəkdir. "Məgər öz hiylələri ilə (İslama və Peyğəmbərə qarşı) çirkin tədbirlər tökən kəslər Allahın onları yerəbatırmasından, yaxud onlara heç fikirləşmədikləri yerdən əzab gəlməsindən xatircəm və amandadırlar?!". ("Nəhl" 45).

İmam Baqir (ə) buyurur: "Peyğəmbər (s) nəslindən bir kişi qiyam edər ki, 300 nəfər ona yoldaş olar. Özü ilə Peyğəmbərin (s) bayrağı olar. Mədinəyə tərəf hərəkət edər və Beyda diyarından keçən zaman deyər: "Bu yer o kəslərindir ki, yerə batacaqlar" və sonra yuxarıdakı ayəni tilavət edir".

10. Allah Təala Həzrət Məhdiyə (ə) yardım edəcəkdir. "Məcburi müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə əlbəttə, tam qadirdir". ("Həcc" 39).

İmam Baqir (ə) bu ayə haqqında buyurur: "Bu ayə Həzrət Qaim (ə.f) və onun səhabələri barəsindədir".
Bolme: Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: