Qeydiyyat

Müəllim, yaxud peyğəmbərlərin yolunu “gedənlər”

141


İslam dinində müəllimə və tərbiyəçiyə yüksək məqam verilmişdir. Onlar yüzlərlə, minlərlə insanın təlim-tərbiyə məsuliyyətini öhdəsinə almış, onları hər növ əqidə azğınlıqlarından qoruyub-saxlamış, insaniyyət və kamal yolunu onlara tanıtdırmışlar.

Bu cəhətdən cəmiyyətdə bu pak və fədakar insanlar son dərəcə təqdirə və ehtirama layiq görülməlidir. Çünki onların tutduğu yol və hədəf müqəddəs peyğəmbərlərin tutuduğu yoldur. Məhz bu səbəbdən Rəsuli-Əkrəm özünü və Həzrət Əlini (ə) bu ümmətin mənəvi atası kimi tanıtdırır. Çünki onlar bu ümmətin müəllimi və tərbiyəçisidirlər.

Peyğəmbər (s) buyurur: "Mən və Əli bu ümmətin atasıyıq. Bizim bu ümmət üzərində olan haqqımız onların həqiqi atalarına qarşı olan hüquqlarından artıqdır. Çünki onlar bizə itaət etsələr, biz onları cəhənnəm odundan (xilas edib) behiştə və səadətə doğru hidayət edərik."

Müsəlmanlarla kafirlər arasında bağlanan "Hüdeybiyyə" sülh müqaviləsindən sonra bu müqavilə Qüreyş kafirləri tərəfindən pozuldu və bunun əvəzini çıxmaq məqsədi ilə Əbu Süfyanı üzr istəmək üçün Peyğəmbərin (s) yanına göndərdilər.

Onun (Əbu Süfyanın) qızı Peyğəmbərin (s) arvadlarından biri olduğuna görə o, qərara aldı ki, öz qızının evinə getsin. O, öz qızının evinə daxil olanda Rəsuli-Əkrəmin (s) döşəyi açıq idi. Həmin döşəyin üstündə oturmaq istəyəndə, Ümmü Həbibə öz kafir atası-Əbu Süfyanın onun üstündə oturmasına mane oldu.

Əbu Süfyan bərk narahat olub dedi: "Qızım, bu döşəyi mənə layiq görmədin, yoxsa məni bu döşəyə layiq görmədin?"

Qızı dedi: "Ata, bu döşək Peyğəmbərə (s) məxsusdur, sən isə kafirsən. Mən kafir bir şəxsin bu döşəyin üstündə oturmasına razı ola bilmərəm."

Diqqət yetirilməlidir ki, bu qız həmin atanın qucağında böyüyüb boya-başa çatmışdır və onun atalıq haqqı vardır. Ata-övlad münasibətləri və məhəbbəti də inkar olunası deyildir.

Amma tovhid məktəbində, Rəsuli-Əkrəmin (s) evində İslam dini təlim-tərbiyəsi bütün atalıq tellərini, ata-övlad məhəbbətini kənara qoyur. O, təkcə öz mürəbbi və müəllimini öz atasından üstün tutmur, həm də onun Peyğəmbərin (s) döşəyinin üstündə oturmasına mane olur.
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: