Şeytanın evliliyi ilə bağlı "Məcməil-bəhreyn" kitabında oxuyuruq: "O zaman ki, Allah Təala İblis üçün həyat yoldaşı və nəsli qərar verməyi iradə edir, qəzəbindən bir tikə od meydana gəlir. Həmin oddan onun üçün həyat yoldaşı xəlq edir".
Başqa mənbəyə görə isə İblisin (lən) əvvəlki adı Əzazil olmuşdur. Hələ cavan yaşlarından öz qövmü yanında ibadət ilə məşhur idi. O zaman ki, böyüyür və evlənmək çağına çatır, cin tayfasından olan Ruhanın qızı Ləhəba ilə evlənir. Evlilikdən sonra bu məlunun çoxlu övladları olur. Onlar da ibadət əhli olurlar. Onların arasında İblisin ibadət və pərəstişi daha çox idi.
Yer üzündə cinlərlə nəsnas arasında olan davalar zamanı Allah Təala bu iki tayfanın hamısını həlak edir. Onların arasından ancaq İblisi sağ saxlayır. Sonra mələklər onu səmaya qaldırırlar. O, məlun da birinci səmada mələklərlə birlikdə Allaha ibadət edir, o zamana qədər ki, Allah Təala Adəmi (ə) xəlq edir. Ona səcdə etməsi üçün əmr edir, lakin o, təkəbbür edib boyun qaçırdır. Ona görə də behiştdən qovulur.
Ona görə də deyə bilərik ki, onun həyat yoldaşı və uşaqları - hamısı məhv olmuşdur. O zaman ki, behiştə qalxır, orada evlənməyə ehtiyac duymur və behiştdən qovulandan sonra da həyat yoldaşı olmamışdır.