Qeydiyyat

Həzrət Peyğəmbər meracda hansı peyğəmbərlərlə görüşüb?

159


Həzrət Muhəmməd (s) səmaya merac edən zaman çox sayda hadisələr, mələklər, insanlar, cənnət və cəhənnəm əhli ilə rastlaşmışdır. Həzrət Cəbrayilin (ə) müşayiəti ilə Həzərt Peyğəmbər (s) səmanın qatlarına qalxmış və orada baş verənləri öz gözü ilə görmüşdür.

Hədislərdə nəql edilir ki, o zaman ki, Həzrət Peyğəmbər (s) birinci səmaya daxil olur, Adəmi (ə) görür və bu zaman mələklər dəstə-dəstə onu qarşılamaq üçün gəlirlər və gülərüzlə Həzrətə (s) "xoş gəlmisən!" deyirlər.

O zaman ki, ikinci səmaya qalxır, orada bir-birinə bənzəyən iki kişi görür və Cəbrayildən (ə) soruşur ki, bunlar kimlərdir? O, deyir: "Hər ikisi bir-birinin xalası oğludur, İsa (ə) və Yəhyadır (ə)". Peyğəmbər (s) onlara salam verir və onlar da Həzrətin (s) cavabını verirlər. Peyğəmbər (s) orada Allaha təsbih edən çox sayda mələk görür.

O zaman ki, üçüncü səmaya qalxırlar, gözəl simalı bir kişi görürlər ki, gözəlliyi on dörd günlük ay kimi idi. Adını soruşanda Cəbrayil (ə) deyir: "Bu, qardaşın Yusifdir (ə)". Peyğəmbər (s) ona salam verir və o, da cavabını verib, təbrik edir. Peyğəmbər (s) orada Allaha təsbih edən çox sayda mələk görür.

O zaman ki, dördüncü səmaya qalxır, bir nəfəri görürlər ki, Cəbrayil (ə) onun İdris (ə) olduğunu söyləyir və deyir: "Allah onu bura gətirmişdir". Həzrət (s) ona salam verir və o, da cavabını alıb Peyğəmbər (s) üçün bağışlanma diləyir. Peyğəmbər (s) orada da Allaha təsbih edən çox sayda mələk görür.

O zaman ki, beşinci səmaya qalxır, ahıl yaşında olan bir qoca görürlər ki, ətrafını çox sayda insan əhatəyə almışdır. Həzrət (s) onun kim olduğunu soruşur və Cəbrayil (ə) deyir: "Harun ibni İmrandır", ona da salam verir və cavabını alır.

O zaman ki, altıncı səmaya qalxır, orada uzun boylu bir kişi görürlər ki, deyir: "Bəni-İsrayil belə hesab edir ki, mən Allah yanında ən əziz Adəm övladıyam. Ancaq bu kişi Allah yanında məndən də əzizdir". Həzrət (s) Cəbrayildən onun kim olduğunu soruşur və Cəbrayil (ə) onun Musa ibni İmran (ə) olduğunu söyləyir. Ona salam verir və cavabını alır.

O zaman ki, yeddinci səmaya qalxırlar, orada bir kişini görürlər ki, taxtın üzərində əyləşmişdi. Cəbrayil (ə) deyir: "O, atan İbrahimdir (ə)". Həzrət (s) ona salam verir və o, da cavabını verir və təbrik edir.

Həzrət Peyğəmbər (s) nəql edir: "O zaman ki, nur hicablarına çatdıq, Cəbrayil (ə) hərəkətdən dayandı və mənə dedi: "Get!". Dedim: "Ey Cəbrayil! Belə bir yerdə məni tək qoyursan?". Dedi: "Ey Muhəmməd (s)! Bura axırıncı nöqtədir ki, Allah Təala mənim qalxmağımı müəyyən etmişdir. Əgər buradan yuxarı qalxaramsa, qanadlarım yanar".
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: