Qeydiyyat

Allah bu 3 dəstə insanı həqiqi ziyankar hesab edir

144


Allah Təala insana nemət verən zaman əslində hər dəfə ondan xəlq dili ilə əhd alar. Və o zaman ki, insan fitrətində olandan istifadə etməz və ya Allah yolunda istifadə etməz, bu zaman İlahi əhdi pozmuş olar.

Qurani-Kərim bu haqda buyurur: "Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, Məsumlar (ə) və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır". ("Bəqərə" 27).

Bu ayədən göründüyü kimi, Allah Təala üç dəstə insanları həqiqi ziyankarlardan hesab edir:

1. O kəslər ki, əhdlərinə vəfa etmirlər.

2. O kəslər ki, sileyi-rəhm etmirlər.

3. O kəslər ki, yer üzündə fəsad edirlər.

1. İlahi əhd hər bir insan üçün fərqlidir. Peyğəmbərlər (ə), vəsilər (ə) üçün bir növdür, başqa insanlar üçün bir növdür. Kitab əhlinin boynunda olan əhd isə daha ağırdır.

2. Allah Təbarəkə və Təala istəyir ki, cəmiyyətdə həmişə əmin-amanlıq və hüzur olsun. Ona görə də sileyi-rəhmə həmişə təşviq etmiş və onun savablarını bəyan etmişdir: ömrü uzadar, ruzini artırar, yoxsulluğu uzaqlaşdırar...

3. Bu dəstə insanlar fasiq insanlardır ki, yer üzündə ancaq fəsad törətmək istəyirlər. Quran onların bu əməllərini xusran hesab edir və onları ziyankar adlandırır.
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: