Hədislərdə oxuyuruq ki, o məclisdə ki, Allah yada salınar - mələklər həmin yerə toplaşar. Şeytan isə öz ordusunu göndərər ki, həmin mələkləri dağıtsınlar. Şeytanlar ən çox Allahı inkar edənlərin yanında toplaşarlar. Həzrət Peyğəmbərin (s) qətl olunması planında da, o cümlədən, İblisin (lən) barmağı olmuşdur.
Bəs bu İblisin (lən) yaşadığı məkan haradadır?
İmam Əlidən (ə) "Nəhcul-bəlağə"də buyurulur: "Şeytan öz davamçılarının sinəsində yumurtalarını qoyar və sonra onlar cücələrə çevrilərlər".
Yəni, ehtimalın biri budur ki, şeytan insanların sinəsində yaşayar.
İmam Əli (ə) bu haqda başqa yerdə belə buyurur: "O düşməndən çəkinin ki, sinələrə gizli şəkildə nüfuz edərlər və bir küncdə sakit şəkildə əyləşərlər".
Bu cür insanlar şeytanın ordusunun sıralarına qoşular və onların saylarını artırar. O kəsin ki, qəlbi şeytan tərəfindən zəbt edilər - Allahdan qorxmaz və hətta Onu inkar etməyə qədər cürət edər.
"Beləcə (sənin kimi) hər bir peyğəmbər üçün insan və cin şeytanlarından (vücudlarında müxtəlif şəhvət meyillərini yaratmaq vasitəsilə) düşmənlər qoyduq.
Onların bəzisi digər bəzisinə (o peyğəmbərin əleyhinə) sirli (gizlin) şəkildə bəzədilmiş puç və aldadıcı sözlər ötürürdülər ki, (başqalarını) aldatsınlar və əgər Allah (əzəli iradəsi ilə) istəsəydi, onlar bu cür etməzdilər. Buna görə də (sənə döyüş əmr olunana kimi) onları və iftiralarını boşla". ("Ənam" 112).
Başqa bir ehtimala görə isə, Uca Allah yeri yeddi qatlı xəlq edən zaman, onun dördüncü qatını İblis (lən) üçün qərar verir. O zaman ki, İblis səmanın dördüncü qatında idi, səmanın bu qatı onun ixtiyarında idi.
Başqa hədisdə isə oxuyuruq: "Şeytanlar səmada və yerdə qərar tutmurlar. Bəlkə onların sakin olduqları məkan yerlə göy arasındadır".