Cəhənnəm qaynamağa başlayanda insanların keçirəcəkləri hal
Peyğəmbəri-Əkrəm (s) cəhənnəmin necə cuşa gəlib qaynayacağı barədə buyurur:
وَلَوْ زَفَرَتْ جَهَنَّمُ زَفْرَةً لَمْ يَبْقَ مَلَكٌ مُقَرَّبٌ وَلانَبِىٌّ مُرْسَلٌ إِلاّ خَرَّجاثِياً عَلى رُكْبَتَيْهِ، يَقُولُ: رَبِّ نَفْسى نَفْسى، حَتّى يَنْسى إِبْراهيمُ إِسْحقَ، يَقُولُ: يارَبِّ أَنَا خَليلُكَ إِبْراهيمُ فَلاتَنْسَنى.
"Cəhənnəm qəzəbindən coşub püskürməyə başlayanda, Allahın bütün mürsəl peyğəmbərləri və müqərrəb mələkləri diz çöküb deyərlər: "Pərvərdigara! Qurtar məni! Mənə nicat ver! Hətta İbrahim peyğəmbər (ə) oğlu İshaqı yaddan çıxarıb deyər: "Mən Sənin dostun İbrahiməm, məni yaddan çıxarma."
Şair demişkən:
Məhşər günü bir gündü düşər təngə xəlaiq,
Gün isti salar atəşi-suzan əvəzində.
Yəqub çıxardar balası Yusifi yaddan,
Kur oldu o ki, aləmi-hicran əvəzində.
Qurani-Kərimdə buyurulur:
فَأَمَّا الَّذِينَ شَقُوا فَفِى النَّارِ لَهُمْ فَيهَا زَفِيرٌ وَ شَهِيقٌ
"Bədbəxt olanlar od içərisində (cəhənnəmdə) qalacaqlar. Onları orada ah-fəryad gözləyir!" ("Hud" surəsi, ayə 106.)
Cəhənnəm və onun əzabları ilə daha artıq tanışlıq əldə etmək üçün imam Sadiqdən (ə) təfsilatı ilə nəql olunan bir hədisə nəzər yetirək:
بَيْنا رَسُولُ اللّه (صلى الله عليه وآله) ذاتَ يَوْم قاعِداً إِذْ أَتاهُ جِبْرَئيل (عليه السلام) وَ هُوَ كَئِيبٌ حَزِينٌ مُتَغَيِّرُ اللَّوْنِ. فَقالَ رَسُولُاللّه (صلى الله عليه وآله) يا جِبْرَئيلُ، مالى أَراكَ كَئيِباً حَزِيناً؟ فَقالَ: يا مُحَمَّدُ؛ فَكَيْفَ لا أَكُونُ كَذلِكَ وَ إِنَّما وُضِعَتْ مَنافِيخُ جَهَنَّمَ الْيَوْمَ. فَقال رَسُولُ اللّه (صلى الله عليه وآله) وَ ما مَنا فِيخُ حَهَنَّمَ يا جِبرَئيلُ؟ فَقالَ: إِنَّ اللّهَ تَعالى أَمَرَ بِالنّارِ فَأُوْقِدَ عَلَيْها أَلْفَ عام حَتَّى احْمَرَّتْ. ثُمَّ أَمَرَبِهَا فَأُوْقِدَ عَلَيْها أَلْفَ عام حَتَّى ابْيَضَّتْ. ثُمَّ أَمَرَبِهَا فَأُوْقِدَ عَلَيْها أَلْفَ عام حَتَّى اسْوَدَّتْ وَ هِىَ سَوْداءُ مُظْلِمَةٌ. فَلَوْ أَنَّ حَلْقَةً مِنَ السِّلْسِلَةِ الّتى طُولُها سَبْعُونَ ذِراعاً وُضِعَتْ عَلَى الدُّنْيا، لَذابَتِ الدُّنْيا مِنْ حَرِّها وَلَوْ أَنَّ قَطْرَةً مِنَ الزَّقُومِ وَ الضَّرِيعِ قَطَرَتْ فى شَرابِ أَهْلِ الدُّنيا ماتَ أَهْلُ الدُّنْيا مِنْ نَتْنِها
"Cəbrail (ə) günlərin bir günü rəngi qaçmış, qəmgin halda Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) soruşur: "Ey Cəbrail, niyə qəmgin və narahatsan?" Ərz edir: "Ey Muhəmməd, niyə də olmayım ki? (Xəbərin olsun) bu gün cəhənnəmin dəmləri işə salındı." Peyğəmbər (s) soruşdu: "Cəhənnəmin dəmi nədir?" Cəbrail dedi: "Belə isə xəbərin olsun ki, Allah-Taala atəşə əmr etdi, sonra atəş min il alışıb yandı, nəhayət, qızarıb qırmızı oldu. Sonra yenə əmr etdi, bir daha min il yandı, nəhayət, rəngini dəyişib ağardı. Bundan sonra bir daha əmr etdi, atəş min il də yanılı qalıb, qara rəngə düşdü. O atəş qara və qaranlıqdır. Əgər cəhənnəm atəşinin bir halqası - ki, uzunluğu yetmiş ziradır - yerə düşsə, dünya onun hərarətindən əriyib suya dönər və əgər cəhənnəmin "zəri" və "zəqqum"undan bir damcısı bu dünyanın sularına düşsə, hamı onun üfunətindən həlak olar."
قالَ: فَبَكى رسُولُاللّه (صلى الله عليه وآله) وَ بَكى جِبْرَئيلُ فَبَعَثَ اللّهُ إِلَيْهِما مَلَكاً، فَقالَ: إِنَّ رَبَّكُما يُقْرَئكُما السَّلامَ وَيَقُولُ: إِنّى أَمِنْتُكُما مِنْ أَنْ تُذْنِبا ذَنباً أُعَذِّبَكُما عَلَيْهِ
Peyğəmbər (s) bunu eşidəndə ağladı və Cəbrail da (ə) ağlamağa başladı. Allah-Taala onlara sarı bir mələk göndərdi və mələk ərz etdi: "Allah sizə salam göndərir və buyurur: "Mən sizi günaha düşüb, bunun üçün də əzaba düçar olmaqdan amanda saxladım." ("Qırx hədis", İmam Xomeyni, səh.23.)
(Qeyd etməliyik ki, "Zəqqum" həddən artıq pis qoxulu, dadı acı və kiçik yarpaqlı bir bitkinin adıdır. Bu otun şirəsini çəkib insanın bədəninə sürtdükdə, həmin yer şişib suluq atır. Həmin ot biyabanın kənarında bitir və adı cəhənnəmdə olan zəqqumun adından götürülmüşdür. ("Biharul-ənvar", c.17, səh.146.)
Zəqqum Quranda üç ayədə gəlmişdir. Hər üç ayədə cəhənnəmin dibində bitən ağac mənasında verilir. Onun meyvəsi şeytanların başlarıdır. Ağac meyvələrinin şeytanın başına oxşadılması ona görədir ki, xalqın təsəvvüründə olduqca pis şəkildə təsvir olunur. Necə ki, bunun əksinə olaraq, mələklər ən gözəl surətdə təsvir edilirlər. Bunun üçün də, onun meyvəsi həddən artıq pisqoxulu, xoşagəlməz və nifrət doğurar.
"Zəri" də cəhənnəm əhlinin yeməklərindən biridir. Onu yeməklə nə doymaq olur, nə də kökəlmək. İbn Abbas Peyğəmbərdən (s) nəql edir: "Zəri cəhənnəmdə olan bir şeydir. Tikana bənzəyir, "səbir"dən (pis və acı bir meyvə) daha acı, murdardan daha pis qoxulu, atəşdən daha yandırıcıdır." ("Qamus-Quran", c.3 və 4, maddə, rəs, zəqqum.))
Peyğəmbəri-Əkrəm (s) cəhənnəm əzabının bəzi nümunələrini yaxın səhabəsi Əbuzərə vəsf edərək buyurur ki, o əzabların ən kiçiyi əgər bu dünyada baş versə, dəhşətli faciə baş verər:
وَ لَوْأَنَّ دَلْواً صُبَّ مِنْ غِسْلينِ فى مَطْلَعِ الشَّمْسِ لَغَلَتْ مِنْهُ جَماجِمُ مِنْ مَغْرِبِها
"Əgər cəhənnəmin bir qab çirkini və irinini bu dünyanın şərqində yerə töksələr, (onun istisindən və pis qoxusundan) qərbdə yaşayanların beyni qaynamağa başlayar."
Cəhənnəm əhlinə veriləcək əzablardan biri də onların "ğislin" adlı yeməyidir. "Əl-haqqə" surəsinin 35-36-cı ayələrində buyurulur:
فَلَيْسَ لَهُ الْيَوْمَ هَهُنا حَمِيمٌ. وَ لاَطَعَامٌ إِلاَّ مِنْ غِسْلِين
"Bu gün (qiyamət günü) bax burada onun yaxın bir dostu yoxdur. İrindən başqa bir yeməyi də yoxdur."
"Ğislin" cəhənnəm əhlinin içəcəyi şərabdır. Qabı və paltarı yuduqdan sonra qalan çirkli su mənasındadır. Ğislin o qədər murdar və irinli içkidir ki, yuyulmuş əşyaların çirkini, bulaşığını ona ad qoymuşlar. Həqiqətdə isə ğislin, insanın pis əməllərindən süzülüb göllənmiş çirkinliklərdir. Bu su o qədər ürəkbulandırıcı, pisqoxulu və yandırıcıdır ki, dünyanın şərqinə bir qab ondan töksən, dünyanın qərbində olanların beyinləri qaynayar.
Bizim insan kəlləsinin qaynaması haqqında olan təsəvvürümüz bu həddədir ki, güclü atəşi bir nəfərin üzünə yaxınlaşdıranda, həmin hadisə baş verir. Yəni düşünürük ki, insanın başı o zaman qızıb dağılmağa başlayar ki, onu yanar odun üstünə tutasan və ya yaxın fasilədə güclü hərarəti olan odun yanında saxlayasan. Lakin həmin od nə qədər yandırıcı olsa belə, onmetrlik fasilədən və ya ondan bir az da artıq fasilədən elə də ciddi bir təsir etməyəcəkdir. Amma qiyamətdə insanlar elə susayacaqlar ki, məcbur olub, həmin cismin suyunu içəcəklər.
Cəhənnəmin odu, axirət və qəbir evinin əzabı, dünyanın atəş və əzabları ilə müqayisəedilməzdir. Cəhənnəm atəşinin yanında bu dünyanın atəşi soyuq və sönükdür, ancaq dərini, üzdə olanı yandırır. Onu görəndə, buna dözmək insana asan gəlir, lakin cəhənnəmin odu xalisdir və hətta şüura malikdir. Bu səbəbdən, dünyadakı atəşlərin heç biri ruhu yandırmır, amma cəhənnəm odu cisimdən əlavə, insanın ruhunu və qəlbini də öz kamına çəkir. Şübhəsiz, cəhənnəmin odu və əzabı insanın dünyadakı pis əməllərinin nəticəsi və məhsuludur.
Bilməliyik ki, dünyada olan hər bir şey axirət üçün müqəddimədir və axirətdə olan şeylərin solğun, zəif görüntüsüdür. Dünyanın xoşluqları axirətin xoşluqları ilə müqayisəedilməzdir. Dünyada çəkdiyimiz müsibət və bəlalar da axirət əzabları qarşısında bir şey deyildir.
Dünya əzablarının axirət əzabları ilə müqayisə edilməsi, həmçinin dünya ləzzətləri ilə axirət ləzzətləri arasındakı təfavütün göstərilməsi və onlar arasındakı geniş fasilənin üzə çıxması bais olur ki, hər kəs öz zehni qabiliyyəti, istedadı həddində özünün və yaşadığı aləmin axirət aləmi ilə müqayisədə nə dərəcədə məhdud və kiçik olduğunu dərk etsin; Yaradanın bərabərində yaradılış sisteminin olduqca cılız olduğunu təsəvvür edə bilsin. Bu müqayisənin nəticələrindən biri də, insanın təkəbbürdən, xudbinlikdən uzaqlaşıb haqq qarşısında təvazökar olmasıdır. Əgər dünyada bir nemətə çatsa, qürurlanmasın və əgər bir nemətdən məhrum olsa, məyus olub həsrətini çəkməsin. Allah peyğəmbərləri və övliyalarının bələdçiliyi ilə Yaradanın və qiyamətin əzəmətini anlamalı və öz mövqeyimizi tanımaqla xudpəsəndlikdən, qürurdan uzaq olmalıyıq. ("Rəhe-tuşe" - Axirət azuqəsi, Ayətullah Misbah Yəzdi, 1-ci cild.298-301.)

Fikirler (0)
Fikir Yaz
Oxsar Xeberler: