"Nisa" surəsi Quranın dördüncü surəsidir. Bu surə hicrətdən sonra Mədinədə nazil olmuşdur. Həzrət Peyğəmbər (s) bu surənin fəziləti haqqında buyurur: "Hər kim "Nisa" surəsini qiraət edər, ona bənzəyir ki, miras qoymuş bütün möminlərə görə sədəqə vermiş olar. Ona qul azad etməyin əcri verilər. Şirkdən uzaq olar, İlahi iradə məqamında o kəslərdən olar ki, Allah onları bağışlamışdır".
İmam Əli (ə) buyurur: "Hər kim "Nisa" surəsini cümə günlərində tilavət edərsə, qəbir əzabından amanda olar".
İmam Sadiq (ə) buyurur: "Hər kim Nisa surəsini yazar və 40 gün evində saxlayarsa və qırxıncı günü onu evindən bayıra çıxardarsa, evin bayır divarının daxilində onu basdırarsa, bir daha o evdə heç kəs sakin olmağı və yaşamağı istəməz və ona rəğbət bəsləməz".
Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Əgər "Nisa" surəsini yağış suyu ilə yusalar və qorxaq olan insan o sudan içsə, Allahın izni ilə aram olar".
Əgər insan bir şeyi yerdə basdırar və sonra da onun dəqiq yerini unudarsa, "Nisa" surəsinin 58-ci ayəsini yeni qabda yazsın və sonra onu yağış suyu ilə yusun və təxmin etdiyi yerə səpsin, həmin basdırdığı yeri tapar.