Qeydiyyat

Qiyamətdə üzüağ və üzüqara olanlar

359


Allah-Taala Qurani-Kərimin "Ali-İmran" surəsinin 106-107-ci ayələrində buyurur:

يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ فَأَمَّا الَّذِينَ اسْوَدَّتْ وُجُوهُهُمْ أَكْفَرْتُم بَعْدَ إِيمَانِكُمْ فَذُوقُواْ الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ. وَأَمَّا الَّذِينَ ابْيَضَّتْ وُجُوهُهُمْ فَفِي رَحْمَةِ اللّهِ هُمْ فِيهَا خَالِدُونَ

"(Qiyamət) bir gündür ki, bəzi üzlər ağ, bəzi üzlər qara olar. Üzü qaralanlardan (soruşular:) "İman gətirdikdən sonra küfr etdinizmi? Onda küfr etdiyiniz üçün əzabı dadın." Amma üzü ağ olanlar Allahın rəhmətinə qərq olub orada əbədi qalarlar."
Qiyamətdə insanların üzüağlığı və üzüqaralığı əslində dünyadakı hal və ruhiyyələrinin təcəssümüdür. Dünya həyatında Allah vilayətini qəbul edənləri Allah zülmətlərdən nura çıxarır. Onlar həmin gün nurani çöhrə ilə görünərlər.

Amma zalım hakimlərin vilayətinə tabe olanları həmin hakimlər nurdan həvəs, təfriqəy, şirk, cəhalət zülmətlərinə sövq edirlər. Onlar Qiyamətdə zülmət içində məhşur olarlar.

Quranda on altı dəfə imandan sonra küfr, iki dəfə İslamdan sonra küfr, üç dəfə Allaha pərəstişdən sonra buzovpərəstlik, iyirmi yeddi dəfə elm və aşkar dəlildən sonra küfr (inkar) mövzuları bəyan olunmuşdur.

Bütün bu hallar bizi dindən çıxmağın təhlükələrindən xəbərdar edir. ("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 2-ci cild, "Ali-İmran" surəsi, 106-107-cı ayələrin təfsiri.)
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: