Qeydiyyat

Sənin “Ya rəbb” deməyin elə Allahın sənə cavabıdır

417


Sənin "Ya rəbb" deməyin elə Allahın sənə cavabıdır - Mövlanədən düşündürcü bir təmsil

Qurani Kərimdə: "(Ya Rəsulum!) De: İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur." deyə buyurulur.

İmanı olan, Allaha inanan kəs daima qəlbinin dərinliklərində rəbbini çağırır, daima Onunla ünsiyyət qurur. Bu ünsiyyətdən qəlbi fərəh və sevinclə nurlanır.

Allah Təala Quranda məni çağıranın çağırışını cavabsız qoymaram deyə buyurur:

وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ

Rəbbiniz buyurdu: Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!
Allah Təala bu ayədə dua edin, mən də duanızı qəbul edim deyə buyurur. Məni çağırın sizə cavab verim deyə buyurur. Bu o deməkdir ki, Allah Təala heç kəsin çağırışını cavabsız buraxmır. Hər kəsə cavab verir. Amma müxtəlif şəkildə!

İnsanın istədiyi şəkildə yox, ona masləhəti və xeyri olan şəkildə!

Ustad Fatimi Niya bu mətləbi işıqlandıran, bu mətləbə aydınlıq gətirən gözəl bir təmsil qeyd edir. Ustad buyurur:

"Mövlanə belə bir təmsil nəql edir:

Bir gün bir cavan oturub dua edir: "Ya-rəbbi!"

Şeytan bir simada ona görüküb deyir: İndiyə kimi bu qədər Ya-rəbbi demisən nə faydası olub sənə?

Gəncin bu sözdən qəlbi sınır.Daha dua etmir. Bir gecə yatarkən yuxu görür. Yuxuda bir adam ona yaxınlaşıb deyir:

Niyə daha Ya-rəbbi demirsən?

Gənc deyir: Çünki hey çağırıram amma cavab eşitmirəm. Qorxuram Allah dərgahından qovulanlardan olam! Bəs mən necə dua edim?

Kişi deyir: Allah məni məmur edib sənə deyəm ki, sənin Ya-rəbbi deməyin elə Bizim sənə cavabımızdır.

-Ustad: Bəli əgər Allah istəməsə bizim səsimiz Onun dərgahına ucalmaz. Əsla Ya-rəbbi deməyimizə izin verməz!"

Bəli Allah Təala bütün bəndəsini sevir, hər kəsin səsini və duasını eşidir, ona cavab verir. Amma dua edənin istədiyi şəkildə deyil, ona faydalı və xeyiri olan şəkildə cavab verir.

Hətta insanın dilinin və qəlbinin duaya gəlməsi, əllərinin Allah dərgahına qalxa bilməsi də Allahın ona bir lütfü, bir rəhməti, bir cavabıdır.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: