Xoşbəxtlik və bədbəxtlik insanın bu və axirət dünyasındakı vəziyyətini bəyan edən ümumi ünvanlardır. Bəs bədbəxtlik ruha aiddir, yoxsa cismə?
Dünyapərəst və maddi bir insan İlahi ədəblə böyümədiyi üçün ancaq maddi nemətlərə çatmağı səadət bilir. Ruh və mənəvi səadətə az da olsa, diqqət yetirmir. Bu cür insan özündə olan bütün istedadlardan daha çox mal-dövlət toplamaq üçün istifadə edir. Yolun ilk başında onlara dərd-sər olmadan çatmağı arzu edir.
Bu mövzunun xalis ləzzət olduğuna özünü inandırır. Arzu etdiyi şeyə çatan zaman isə görür ki, bu şey heç də xəyal etdiyi kimi deyilmiş. Əgər onda bir ləzzət varsa, minlərlə də narahatlıq vardır.
Gözlədiyi kimi kamil bir şey deyildir. Nöqsanları vardır və bu nöqsanları aradan qaldırmaq üçün çox sayda çətinliyə düçar olur. Bu zaman həmin şeyə ürək bağlayır, ancaq ona çatan zaman bu qədər dəyərli olmadığını dərk edir. Bu cür insanın qəlbi aram olmaz, çünki həqiqi hədəfini müəyyən etməmiş və ona çatmamışdır.
Hər an yeni bir hədəf axtarışındadır ki, qəlbin bu susuzluğunu aradan qaldıra bilsin, onu surab edə bilsin. Həqiqi hədəfini tapa bilməyən insanın qəlbində həmişə həsrət olar.
Quran buyurur ki, insan mürəkkəb bir varlıqdır. Yəni, cavidan ruhdan və maddi bədəndən təşkil edilmişdir. İnsan bu dünyada yaşayan zaman belə qalır və o zaman ki, Allaha qovuşur, cavidan həyatı başlanır.
Dünyanın bəzi nemətləri, məsələn elm kimi bir nemət ancaq insan ruhunun səadət mənbəyidir. Bəziləri üçün isə mal və övlad - əgər onu Allahı yada salmaqdan qafil etmirsə, ruh və cisminin səadət mənbəyinə çevrilir.
Bəzi şeylər vardır ki, insanın ancaq cisminə xoş gələr, ruhuna isə ziyan vurar. Onun bədbəxtlik mənbəyinə çevrilər. Allah bu haqda buyurur: "(Bu, dünyadan) azacıq bir bəhrələnməkdir, sonra isə onların yerləri Cəhənnəm olacaqdır. Ora pis bir qalacaq yeridir". ("Ali-İmran" 197).
Həmçinin o şey ki, həm cismə və həm də ruhuna ziyan vurar, ona görə əzaba düçar olar.
Hər bir halda şüurlu varlıqların səadət və bədbəxtliyi onların şüur və iradəsindən asılıdır. Məsələn elə şeylər vardır ki, bəzi varlıqlar onu ləzzətli hesab edir, ancaq biz onda ləzzət tapmırıq. Məsələn arı üçün güldən şirin və ləzzətli bir şey yoxdur. Ancaq biz insanlar güldə ləzzət tapmırıq.
Nəticədə demək olar ki, insanın səadəti dedikdə elə şeylər nəzərdə tutulur ki, insan olduğu üçün ona faydalı olsun. İnsan bədbəxtliyi dedikdə elə şeylər nəzərdə tutulur ki, insan olduğu üçün həmin şeylər ona ziyanlıdır.
Allah Təala möminlərə buyurur ki, başqalarına ürək bağlamasınlar. Onlara buyurur ki, bütün aləmin Xaliqi və Maliki - Özüdür. Heç bir şey Allah olmadan öz ayaqları üstə dura bilməz. Bu cür insan dünyada özü üçün səadətdən başqa bir şey görməz. Halbuki, maddiyyata bel bağlamış insan üçün səadət dünya malını əldə etməkdədir. Ancaq tezliklə öz səhvini başa düşəcəkdir. Həmin xəyallar bədbəxtliyə çevrilərəckdir. "Belə isə (dəlil-sübut tamamlandıqdan sonra onlarla mücadilə etmə, əksinə) onları burax ki, vəd verilən günə qovuşanadək (öz tüğyankarlıqlarının girdabında) batsınlar və oynayıb-əylənsinlər". ("Məaric" 42).
"(Ona deyiləcəkdir:) Həqiqətən sən bundan (bu gündən) qafil idin. Biz pərdəni (qəflət pərdəsini) sən(in təfəkkürünün önün)dən kənara çəkdik. Odur ki, bu gün gözün iti görür (Məhşərin vəziyyətini, öz əməllərini və onların cəzasını görəcəksən)". ("Qaf" 22).
"Bu, onların biliklərinin son mərhələsidir. Həqiqətən sənin Rəbbin Onun yolundan sapanı da, doğru yola gələni də yaxşı tanıyır". ("Nəcm" 30).
İslam dininə görə insanın əməli onu xoşbəxt və bədbəxt edər. Əgər bu əməlləri təkrar olar və şiddətlənərsə, canında iz salar. Bir mələkə halına düşər. Əgər bu mələkə həsənə olarsa, nəfsi də ona uyğun rəftar edər. Ancaq əgər pis adətlər və günah mələkəsidirsə, şər işlərə gətirib çıxardar.
Həsənəyə bürünmüş nəfs onda büruzə verən hər şeyə görə ləzzət alar. Çünki nəfsi - pak bir insanın nəfsidir. Halbuki, bədbəxt insanda bu cür deyildir.
Beləliklə deyə bilərik ki, insan bu dünyada seçdiyi yola uyğun gələcəyini qurar. Əgər bütün səyləri bu fani dünya üçün olarsa, hesab-kitabdan və Qiyamətdən qafil olarsa, özünü bədbəxt etmiş olar.
İnsan bədbəxtliyi onun həm cimsinə və həm də ruhuna aid olar. Ancaq əgər Allahın yolunu seçibsə, maddi nemətlərdən düzgün istifadə edərək, səadət yoluna qədəm basa biləcəkdir.