Qeydiyyat

Xoşbəxtlik nədir?

636


İmam Əli (ə) buyurur: "Heç kəs xoşbəxt olmaz, məgər Sübhan Allaha itaətlə. Heç kəs bədbəxt olmaz, məgər İlahi günahla".

Bəs insanlar necə düşünür? Həqiqətən də xoşbəxtlik məhz budur?

Əgər insanların xoşbəxtlik məfhumu ilə bağlı nəzərlərinə diqqət etsək, görərik ki, onların nəzərində xoşbəxtlik tamamilə başqa bir şeylərdir.

İnsanlar üçün yaxşı həyat yoldaşı, yaxşı ev, yaxşı minik və yaşamaq üçün yaxşı sərvət - xoşbəxtlik mənbələridir. Ancaq əgər gerçəklik prizmasından bu mövzuya baxsaq, görərik ki, xoşbəxtlik - bəndəlik yolu ilə Allaha çatmaqdır. "Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam". ("Zariyat" 56).

İnsanlar üçün xoşbəxtlik mənbələrindən biri puldur. Ancaq Allah bu meyar barəsində Quranda buyurur: "(O) onlara qarşı həddini aşdı və zülm etdi. Ona o qədər xəzinələr vermişdik ki, onların açarları güclü bir dəstəyə ağırlıq edirdi. (Yada sal,) o zamanı ki, qövmü ona dedi: "(Malına qürrələnib) sevinmə. Çünki Allah (malına qürrələnib) sevinənləri sevməz"". ("Qəsəs" 76).

"(Qarun) dedi: "Həqiqət budur ki, bu mal-dövlət məndə olan elm (Tövrata, kimyagərliyə, ticarətə və əkinçiliyə yaxşı bələd olmaq) sayəsində mənə verilmişdir". Məgər o (Qarun) Allahın ondan öncə (gəlmiş) ondan da qüvvətli, sərvətli və sayca çox olan insan cəmiyyətlərini məhv etdiyini bilmirdimi? Və (əzab nazil olan zaman) əsla günahkarlardan günahları barədə soruşulmayacaq (Allahın əzabı qəfildən nazil olacaqdır)". ("Qəsəs" 78).

Ey insan! Əgər fitrətinə baxsan, görərsən ki, orada səni Allaha tərəf aparan çoxlu hisslər vardır. O cümlədən:

- Xoşbəxtlik odur ki, Allaha yaxınlaşım.

- Bədbəxtlik odur ki, Ondan uzaqlaşım.

- Müvəffəqiyyət odur ki, Xaliqimin göstərişlərinə əməl edim.

- Məğlubiyyət odur ki, bəndəlik üçün az iş görüm.

- İzzət odur ki, Allahı mədh edim.

- Həqarət odur ki, Ondan üz döndərim.

- Yoxsulluq odur ki, Allahla ünsiyyətə malik olmayım.

- Ehtiyacsızlıq odur ki, qəlbim Allah sevgisi ilə dolu olsun.

Bəli, budur əsil xoşbəxtlik!

Allahım! Məni öz görmək istədiyin kimi et və Öz görmək istədiyin əməllərə təşviq et!

Ancaq bu zaman həqiqi xoşbəxt ola bilərəm.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: