Qeydiyyat

İnsan niyə dinə tərəf gedir?

516


İslam dininin nəzərinə görə, ölüm, insan həyatını sona çatdırmaz. Əslində bir aləmdən başqa bir aləmə keçməsinə səbəb olar. İnsanın o dünyadakı yeri isə bu dünyadakı əməllərindən asılıdır.

Ona görə də deyə bilərik ki, insan üçün iki həyat mövcuddur:

1. Maddi dünya həyatı.

2. Mənəvi axirət həyatı.

İnsanın bu maddi dünyada yaşaması üçün bəzi ehtiyacları olduğu kimi, mənəvi həyatını davam etdirməsi üçün də bəzi ehtiyacları olar. Ancaq insanın maddi həyatı ilə axirət həyatı fərqlənər.

1. İnsanın dünya həyatının keyfiyyəti, ehtiyaclarını nə həddə təmin etməsindən asılıdır. Əgər insan bu ehtiyacları təmin etməzsə, dünya həyatının davam etməsi çətin olar. Ancaq axirət həyatı belə deyildir.

Axirət həyatının sonu olmaz. Ona görə də insan hələ bu dünyada olan zaman, axirət həyatının keyfiyyətli olması üçün səylər göstərməlidir.

2. Dünya həyatı səy və çalışma ilə dolu olar. İnsan bu yolla ehtiyaclarını təmin etməyə çalışar. Ancaq axirət həyatında, dünya həyatından fərqli olaraq, səy və çalışma olmaz.

İnsan axirətdə dünyada göndərdiyi əməllərin səmərəsini yeyər. İnsanın bu dünyada gördüyü əməlləri əgər axirət niyyəti ilə olarsa, o zaman bu amil, axirətdə onu səadətə çatdırar.

Bu zaman belə bir sual yarana bilər ki, insan necə müəyyən edə bilər ki, hansı əməl ona həm dünya və həm də axirət səadəti gətirə bilər?

Bu sualı cavablandırmaq üçün insanın Qurana və hədislərə müraciət etməsi lazımlıdır. Çünki, insan özü öz dərk və ağlı ilə bu əməlləri müəyyən edə bilməz.

İlahi peyğəmbərlərin (ə) dəvəti iki sahədə xülasə olardı:

1. Dünyaya bağlanmış insanlara axirət həyatını yada salmaq.

2. O əməllər ki, axirətdə ona fayda verə bilər, o əməlləri tanıtmaq.

Bu yolla axirətdə onu bədbəxt edən əməllərdən çəkinər və axirət həyatındakı keyfiyyətini qaldırmış olar.

İlahi peyğəmbərlərin (ə) bu dəvətlərini din adlandırırlar. Məhz bu yolla insan həyatında dinin rolu məlum olar. Din - yəni o qayda-qanunlar toplusu ki, insana həm dünyada, həm də axirətdə xeyir verər.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: