Qeydiyyat

Bərzəx aləmindəki bədənimiz necə olacaq?

454


Hədislərimizin və Quran ayələrimizin nəzərinə görə, insan dünyasını dəyişən kimi qəbirdə başqa bir bədənə qovuşar. Bu bədən maddi bədən deyildir, misali adlanan bədəndir ki, insanın maddi bədəninə çox bənzəyir.

İmam Sadiq (ə) buyurur: "O zaman ki, Allah möminin ruhunu qəbz etmək istəyir, ruhunu dünyada olan kimi bir qəlibə qoyar. O, onunla yeyər, içər. Əgər tanış birini görsə, onu dünyada olan kimi tanıyar".

Bəli, bu hədisdən də göründüyü kimi, insan bədəni bərzəx aləmində maddi bədənə bənzəsə də, ancaq maddi deyildir.

İnsan bu bədənlə bərzəxdə yaşayır və Qiyamət gününə qədər həmin misali bədəndə qalır. Onunla mükafatlanıb, onunla cəzalanır. Bu iddianın dəlili kimi bu ayəni göstərirlər: "(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər:

"Ey Rəbbim, məni (dünyaya) qaytar, bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır". ("Muminun" 99-100).

Qurani-Kərimin başqa bir ayələrində oxuyuruq: "Belə isə nə üçün canınız boğaza (ölümünüz) çatan zaman. Siz həmin halda (özünüzün və ya can verməkdə olanın vəziyyətinə) baxırsınız.

Biz (və mələklərimiz) həmin can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz. (Bəli,) bəs nə üçün əgər siz cəzalandırılmayacaqsınızsa, əgər doğruçusunuzsa həmin canı (öz bədəninizə) qaytarmırsınız?!

Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına) yaxınlardan olsa, onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır". ("Vaqiə" 83-89).

İmam Sadiqin (ə) nəzərinə görə, bu ayələr məhz bərzəx aləminə işarə edir.

Beləliklə, deyə bilərik ki, insan dünyadan bərzəx aləminə köçən zaman ruhu maddi bədənə bənzər bir bədənə daxil olar. Dünyada olduğu kimi yeyər, içər, istirahət edər. Yəni, həmin bədənlə birləşər və maddi bədənin istedadlarını özündə saxlayar.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: