Əllamə Təbatəbai dünya, bərzəx və axirət haqqında buyurur: Əllamə Təbatəbai dünya, bərzəx və axirət haqqında buyurur: "Bu aləm, yəni maddi aləm özündən əvvəlki aləmin məluludur (nəticəsidir).
O aləm bu aləmin illətidir (səbəbidir). Bu yolla mövzu davam edər. Hər bir aləm özündən sonrakı aləmin illəti olar və özündən əvvəlki aləmin məlulu. Bu, Allah Təalaya qovuşana qədər davam edir.
Bu maddi dünyada mövcud olan hər bir kamaldan daha ali kamallar olan dünya vardır. Yəni bizim dünyamızdan daha ali olan dünya vardır, yəni misal və ya zərr dünyası. Dünyanın nöqsanları özünə məxsusdur. Bu nöqsanlar ali aləmdə mövcud deyildir.
Bu dünyada olan bütün kamallar, o cümlədən yeməyin ləzzətli olması, xoş içəcək, gözəl simaların ilk nöqsanı budur ki, daimi deyildirlər. Ancaq müəyyən bir zaman ondan bəhrələnmək mümkündür.
Bundan baqşa, minlərlə xarici maneələrlə rastlaşar. Əgər onlardan biri zahir olsa, o birisi ləzzətini itirər. Ona görə də hər bir ləzzət minə yaxın maneə ilə rastlaşar.
Bu mövzuya diqqət edərkən aydın olur ki, bütün nöqsan və maneələr maddi olmağa qayıdar. Ona görə də o yerdə ki, maddə olmaz, nöqsan olmaz.
Zərr və ya bərzəx aləmi maddi aləmdən üstündür. Çünki maddədən azaddır. Ona görə nöqsandan da azaddır. O aləmdə istedad yoxdur. Hər bir sima maddi deyildir.
Bir qədər düşünən zaman başa düşürük ki, zərr aləmi maddi olmasa da, onun da həddi və qədəri vardır. Yəni bu aləmdəki ləzzətlər ayrı-ayrıdır.
Misal üçün, siz bir gözəl səsdən aldığınız ləzzəti bir yeməkdən ala bilməzsiniz. Bir almadan aldığınız ləzzət armuddan aldığınız kimi olsun. Bu, elə aləmdir ki, ləzzətləri bir-birindən ayrıdır. Bu aləmdəki ləzzətlər məhdud deyildir.
Misal üçün behiştdə əgər kimsə bir meyvə yesə, bütün meyvələrin ləzzətini ondan almış olar. Yəni dünyada olan bütün ləzzətləri ondan ala bilər".
Əllamə Məclisi Əvvəl buyurur: "Başıma hadisə gələn zaman həkimlər mənim müalicəmdən ümidsiz oldular. Mən Əhli-beyti (ə) gördüm və onların bərəkətinə görə bu hadisədən şəfa tapdım.
Seyyidi-Mürsəlin (s) mənə behişt meyvələrindən və yeməklərindən bir neçə şeyi əta etdi. O cümlədən üç şiş kabab idi ki, ləzzətini təsəvvür etmək olmazdı.
Hər kimə versəydim, azalmırdı və mən məclisdə olanlara dedim: "Məgər sizə deməmişdim ki, behişt yeməyinin yüz min dadı vardır?".
Hər nə qədər yeyirdilərsə, qurtarmırdı. Bir meyvə vermişdilər ki, qarpıza bənzəyirdi və ondan da yedim və onun da yüz min dadı var idi".
Xülasə, demək olar ki, bərzəx elə bir aləmdir ki, maddi və Qiyamət aləmi arasında vasitədir. Bərzəxdə maddə yoxdur, ancaq hədd və miqdar vardır.