Qeydiyyat

İmamın (ə.f) qeybinin 8 səbəbi

206


Həzrət Məhdinin (ə.f) qeybinin bir çox səbəbləri vardır ki, hər biri ayrı-ayrılıqda tədqiq edilməlidir. Bu səbəblərdən bəzisinə işarə edək.

1. Beyətin heç kəsin boynunda olmaması. İmam Əli (ə) buyurur: "O zaman ki, bizim Qaim (ə.f) qiyam edəcək, heç kəsin boynunda onun beyəti olmayacaqdır. Ona görə də təvəllüdü gizli olacaq və özü gözlərdən gizli olacaqdır".

Məsumların (ə) nəzərinə görə beyət elə bir əhddir ki, ona görə düşmənlə vuruşmaq olmaz. İmam Hüseyn (ə) buyurur: "Məgər bilmirsiniz ki, Cənab Xızr (ə) gəmini deşən, cavanı öldürən və divarı tikən zaman Həzrət Musa ibni İmranın (ə) qəzəbinə səbəb olur? Çünki onların hikməti ona gizli idi. Lakin Həzrət Xızrın (ə) üslubu Allah dərgahında hikmətə uyğun idi. Hər birimizin də İlahi hikmətə uyğun olaraq, zamanın tağutunun boynunda beyət vardır, Qaimdən (ə.f) başqa".

2. İmamın (ə.f) canını qorumaq. İmam Baqir (ə) buyurur: "Əgər Fatimə (s.ə) övladının yerini bilsələr, onu tikə-tikə etmək üçün həris olarlar". Həzrət Məhdi (ə.f) - Allahın sonuncu hüccətidir. Əgər o, insanlar arasında tanınsaydı, düşmənlər onun olmasına dözə bilməzdilər. Onu mütləq şəhid edərdilər. O zamanda onun canişini yox idi və dünyanın işləri vədə verilmiş sonuna çatmamışdı.

3. Keçmiş peyğəmbərlərin (ə) sünnətini icra etmək. İmam Sadiq (ə) buyurur: "Həqiqətən, bizim Qaimin (ə.f) qeybi vardır ki, müddəti uzun çəkəcək. Ona görə ki, Allah Təala istəyir ki, keçmiş peyğəmbərlərin (ə) qeyb zəminəsində olan sünnətləri Qaimə (ə.f) də şamil olsun". Bu sünnətlər İdris (ə), Musa (ə), Saleh (ə), İbrahim (ə)... peyğəmbərlər tərəfindən ona çatmışdır.

4. İnsanları imtahan etmək. Qeybin səbəblərindən biri - insanları imtahan etməkdir. Allah Təala bu vasitə ilə həqiqi möminləri zahirdə möminlik iddiasında olanlarla ayırd edər. İmam Kazım (ə) buyurur: "Yeddinci İmamın beşinci övladı qaib olan zaman Allah, Allah dininizdə... Bu elə bir bəladır ki, Allah Təala xəlqini onun vasitəsilə imtahana çəkər".

5. İnsanların zülm etməsi. Əmirəl-möminin (ə) buyurduğuna görə, İmamın (ə.f) qeybinin səbəblərindən biri insanların zülm etməsidir."Bilin ki, yer Allah Təalanın hüccətindən boş qalmaz, lakin bəzən Allah xəlqin israf və özlərinə rəva bildikləri zülmə görə hüccətini onlardan gizlədər".

6. Dostların olmaması. İmam Cavadın (ə) buyurduğuna görə, nə zaman Həzrət Məhdinin (ə.f) dostları Bədr döyüşünün dostlarının sayına çatar, o Həzrət (ə.f) qeyb pərdəsindən xaric olar. "Dostları Bədr əhlinin sayı qədər ətrafında toplanar. O zaman ki, ixlas əhlindən olan bu say toplanar, Allah onun əmrini aşkar edər".

7. Bəşər cəmiyyətinin hazır olmaması. Həzrət Məhdi (ə.f) buyurmuşdur: "Əgər bizim davamçılarımız - Allah itaət tofiqi versin - boyunlarında olan əhdi yerinə yetirmək yolunda birlikdə olsaydılar, bizim onlarla görüşümüz təxirə düşməzdi. Bizim görüş səadətimiz daha tez onlara nəsib olardı".

8. İlahi sirr. Qeybin sonuncu səbəbi İmam Sadiqin (ə) buyurduğuna görə, İlahi sirr və hikmətə görədir. Zühurdan sonra aşkar olacaqdır. "Bu əmr sahibi üçün elə bir qeyb vardır ki, onun çarəsi yoxdur. Bu, ona görədir ki, bizə onun səbəbini ifşa etmək icazə verilməmişdir. Əgər Allahı Müdrik bilsək, Onun bütün işlərini hikmətinə uyğun bilərik. Baxmayaraq ki, bəzisi bizim üçün aydın olmasa belə".
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: