Qeydiyyat

Bütün seyyidlər behiştə gedəcəklər?

379


Həzrət Peyğəmbərdən (s) belə bir hədis nəql edirlər ki, buyurur: "Fatimənin (s.ə) ətəyinin pak olduğu üçün Allah onun zürrəsini cəhənnəm atəşinə haram etmişdir".

Başqa hədisdə oxuyuruq: "Allah Fatimə (s.ə) övladının ətini cəhənnəm atəşinə haram etmişdir".

Eyni zamanda elə hədislər vardır ki, buyurur hər kəs öz əməlinə görə cəza və savab görəcəkdir. İmam Sadiq (ə) buyurur: "Həm Allaha günah edirsən, həm də Onu sevdiyini iddia edirsən. Canıma and olsun ki, bu, qəribə bir üslubdur. Əgər sənin məhəbbətin düzgün olsaydı, Ona itaət edərdin. Bu təbiidir ki, hər bir dost öz dostunun mütisidir".

İmam Baqir (ə) buyurur: "Bizim sevgimizə çata bilinməz, məgər saleh əməl, təqva və günahdan uzaq olmaq yolu ilə".

İmam Rzadan (ə) nəql edilir ki, Zeydə xitab edərək buyurur: "Bu, nə sözdür ki, sən deyirsən? Əgər sənin dediklərin doğru olsaydı vəPeyğəmbər (s) övladları istisna vəziyyətdə olsaydılar, Allah pis əməl sahiblərini cəzalandırmaz və etmədikləri əmələ görə onlara mükafatverərdi. O zaman sən Allah yanında atan Musa ibni Cəfərdən (ə) daha əziz olardın. Çünki o, Allaha bəndəlik etmişdir ki, qürb məqamına nailolsun. Sən isə belə düşünürsən ki, Allaha bəndəlik etmədən Musa ibni Cəfərin (ə) dərəcəsində qərar tuta bilərsən".

İmam Rza (ə) sonra bu ayəni tilavət etdi: "(Allah) buyurdu: "Ey Nuh, o sənin ailəndən deyil (ögey oğlundur və ya küfr və itaətsizlik nəticəsində qohumluq tellərini qırıb, çünki) o, (başdan-başa) nalayiq əməldir! Buna görə də Məndən, bilmədiyin şeyi istəmə./Nuh Allahdan oğlunun bağışlanmasını istəmək ərəfəsində idi ki, Allah onu bu işdən çəkindirdi/. Mən nadanlardan olmayasan deyə, sənə öyüd verirəm"".

Beləliklə deyə bilərik ki, insanın nəsəb və nəsli kim olursa-olsun, axirətdə ona mükafat və behişti qazandıracaq amil - ancaq əməlləri olacaqdır. Əgər saleh əməl sahibi və təqva əhlidirsə, behişt əhli olacaq. Əks halda - Allah onu cəhənnəm atəşi ilə cəzalandıracaqdır.

Əlbəttə o kəs ki, Peyğəmbər (s) nəslindəndir və Allaha iman bəsləyir, təqva və saleh əməl sahibidirsə - öz babaları kimi yüksək məqamda qərar tutacaqdır.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: