Qeydiyyat

Həzrət Abbasın (ə) məqamına qibtə etmək olarmı

1 153
Həzrət Abbasın (ə) məqamına qibtə etmək olarmı


Kərbəla məktəbi hər bir şəhadət istəyində olan mömin üçün ibrət məktəbidir. Kərbəla şəhidləri arasında Qəməri-Bəni-Haşimin şücaəti xüsusi diqqəti cəlb edən şəxslərdəndir. Həzrət Əbülfəzl Abbas, İmam Hüseynin (ə) ordusunun bayraqdarı idi və Aşura hadisəsində 34 yaşı var idi.

Həzrət Abbasi (ə) İslam ordusunun şiri adlandırırdılar. Uzun qaməti, geniş çıyinləri və güclü əlləri onun igidliyinin zahiri nişanəsi idi. Daxili fəzilətləri isə demək olar ki, hamıya məlumdur. İlahi rəhbər kimi tanıdığı qardaşına olan bağlılığı, vilayət tərəfdarı olması, iman və itaəti, təqva və saleh əməlləri onun kamil insan olmasından xəbər verirdi.

O zaman ki, bu şücaət nümunəsi düşmənlə vuruşaraq şəhid olur, İmam Hüseyn (ə) qardaşının paralanmış bədəninə doğru gedir və onu qucaqlayıb ağlayır. İmam (ə) deyir ki, indi mənim belim sındı. Çünki Həzrət Abbas (ə) həqiqətən də İmamın (ə) həqiqi dayağı idi. Həm orduda, həm nəslin içində, həm də vilayət mövzularında.

Bəs Həzrət Abbasın (ə) məqamına qibtə etmək olarmı?

Nəinki olar, hətta bu, yaxşı bir keyfiyyətdir də. Belə ki, Həzrət Abbasın (ə) məqamına qibtə edən, o Həzrət (ə) kimi olmağa çalışacaqdır və ona xas fəzilətləri əldə etməyə səy edəcəkdir.

Bu səbəbdəndir ki, bütün şəhidlər Həzrət Abbasın (ə) uca məqamına hər zaman qibtə edir və onun kimi olmağa çalışırlar. İmam Sadiq (ə) bu böyük şəxsiyyət haqqında buyurur: "Əmimiz Abbas bəsirətə, mərifətə və möhkəm imana malik idi. İmam Hüseynin (ə) bayrağı altında cihad etdi və gözəl mübarizə etdi - o zamana qədər ki, şəhid oldu".

Bu gün Vətəni və dini müdafiə etmək meydanına qədəm basan hər bir cavan bilir ki, onun İmam Hüseyn (ə) və Həzrət Abbas (ə) kimi örnək və nümunəsi vardır. Bu, doğrudur ki, tarix artıq İmam Hüseynə (ə) və Həzrət Abbasa (ə) bənzər birini tanımayacaqdır. Ancaq bir nümunə kimi onlar kimi olmağa çalışan və səy göstərən möminlərin sayı çox olacaqdır.
Bolme: Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: