Qeydiyyat

Quranın hansı surəsində İmam Hüseyndən bəhs olunub?

321


Hədis və təfsir kitablarının nəql etdiyi kimi, İmam Hüseyn (ə) haqqında nazil olan ayələr bunlardır: "Əhzab" 33, "Ali-İmran" 61, "Şura" 23, "İnsan" 8, "Bəqərə" 37 və "Fəcr" surəsinin son ayələri.

İmam Sadiq (ə) buyurur: ""Fəcr" surəsini vacib və müstəhəb namazlarınızda oxuyun, çünki bu surə Hüseyn ibn Əlinindir (ə)". Məclisdə olan bir nəfər soruşur: "Necə ola bilir ki, bu surə İmam Hüseynə (ə) aid edilir?".

İmam (ə) bu surənin son ayələrini oxuyur: "Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir), Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! Mənim bəndələrimin zümrəsinə daxil ol! Və Mənim cənnətimə daxil ol!". ("Fəcr" 27-30).

Sonra buyurur: Bu ayələr Hüseyn ibni Əli (ə) haqqındadır. Çünki o Həzrət arxayın olmuş nəfsə malik idi və Allahdan razı idi. Allah da ondan razı idi.

Həzrətin tərəfdaşları Allahdan razı idilər və Allah da onlardan razı idi. Bu surə ancaq Hüseyn ibn Əli (ə), onun davamçıları və Ali-Muhəmməd (ə) davamçıları haqqındadır".

İmam (ə) sonda buyurur: "Hər kim "Fəcr" surəsini oxumağı davamlı edər, İmam Hüseynlə (ə) behiştdə olacaqdır. Həqiqətən, Allah hər şeyə qadir və hər məsələdən agahdır".

Belə bir sual meydana gəlir ki, niyə bu ayələr Məsumların (ə) arasından məhz İmam Hüseynə (ə) aid edilir?

Cavabında deyə bilərik ki, Aşura hadisəsi tarixdə ən böyük hadisə kimi nəql edilmişdir. Heç bir hadisə onun qədər ağrılı və onun qədər mənəvi gücə malik olmamışdır.

Əhli-Beytin (ə) başına gələn bu müsibət kimi müsibət, heç kəsin başına gəlməmişdir. Bu hadisənin ən böyük qurbanı İmam Hüseyn (ə) olmuşdur. Həzrət öz şəhadətinə nə qədər çox yaxınlaşırdısa siması daha çox parlayır və Allahla görüşə daha çox tələsirdi.

İmam (ə) bu müsibət qarşısında heç bir şikayət etmədi və hövsələsizlik nümayiş etdirmədi. Əksinə, hadisənin əvvəlindən sonuna qədər səbir və təslim göstərdi.

Həzrət (ə) ömrünün son anlarında buyurdu: "Sənin qəzana görə səbirliyəm, Allahım! Səndən başqa Məbud yoxdur, ey pənahsızların pənahı! Mənim Səndən başqa Məbudum yoxdur. Sənin istək və iradənə səbirliyəm".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: