Qeydiyyat

İmam Hüseyn (ə) və övlad tərbiyəsi

441


Övladın tərbiyəsi - valideynin zəruri vəzifələrindən biri hesab edilir. Əhli-beyt (ə) bu məsələdə də bizim üçün numunə və ülgüdürlər. Məsumlar arasında İmam Hüseynin (ə) xüsusi yeri vardır. Onun həyat tərzi övlad tərbiyəsinə də təsir qoymuşdur.

Övlada məhəbbət daxili bir məsələdir ki, Allah onu valideynin qəlbinə əta etmişdir. Mühüm olan onun tərbiyəsidir. Bu məsələ ixtiyaridir.
İmam Hüseyn (ə) nümunəvi bir ülgü kimi övladlarının ehtiyaclarından xəbərdar idi. Gah ağuşuna götürərək, gah uşaqlarını sinəsinə sıxaraq, bəzən onları öpərək, bəzən də şirin və sevgi dolu sözlər deyərək, onlara məhəbbət göstərirdi.

Ubeydullah ibni Utəbə nəql edir: "Hüseyn ibni Əlinin (ə) yanında idim, Əli ibni Hüseyn (ə) otağa daxil oldu. İmam Hüseyn (ə) İmam Səccadı (ə) çağırdı və onu ağuşuna alıb, sinəsinə basdı. İki gözünün ortasından öpdü. Sonra buyurdu: "Atan sənə fəda olsun! Nə qədər xoş ətirli və gözəlsən!".

İmam Səccad (ə) buyurur: "Mən şiddətli bir xəstəliyə düçar olmuşdum. Atam yanıma gəldi və buyurdu: "Nə istəyin var?" Ərz etdim: "İstəyirəm o kəslərdən olam ki, Allahın mənim üçün gördüyü tədbirə görə sual verməyəm". Atam buyurdu: "Afərin sənə, sən İbrahim Xəlil kimisən. O, çətinliyə düşəndə Cəbrayil (ə) yanına gəlir və soruşur ki, bizdən kömək istəyirsənmi? O, da cavab verir ki, Allaha sual vermərəm. Allah mənə kifayətdir və O, ən yaxşı vəkildir".

Hədisdən göründüyü kimi İmam Hüseyn (ə) övladının yaxşı kəlamlarını təqdirəlayiq hesab edib, onu təşviq edir və "afərin" deyərək, İbrahim Xəlilə bənzədir. Beləliklə, uşaq tərbiyəsində valideynlər bu məsələyə xüsusi diqqət etməlidirlər ki, övladları böyüyəndə kamil bir şəxsiyyət kimi cəmiyyətdə özünü göstərə bilsin, öz istedadlarını hələ kiçik yaşlarından kəşf edə bilsin. Valideyn övladını kiçik yaşlarından elə tərbiyə etməlidir ki, seçim qarşısında qalanda düzgün qərar çıxara bilsin. Onlara qərar çıxartmaqda istiqlal vermək lazımdır. Onları elə yönləndirmək lazımdır ki, məntiqli qərarlar çıxara bilsinlər.

İmam Həsənin (ə) oğlanlarından biri Həsən, İmam Hüseynin (ə) qızlarından birinə elçi düşür. İmam Hüseyn (ə) ona buyurur: "Övladım! Hansını istəyirsənsə, özün de". Ancaq bu cavan xəcalət çəkir və cavab vermir. İmam Hüseyn (ə) buyurur: "Mən qızım Fatiməni (s.ə) sənin üçün seçdim, çünki o, Rəsullahın (s) qızı, anam Fatiməyə (s.ə) çox bənzəyir". Bu hədisdən göründüyü kimi, İmam Həsənin (ə) oğlu böyüklərin yanında söz deməyə utanır, ancaq İmam Hüseyn (ə) onun nə istədiyini bilir və onun seçimində ona kömək edir.

Övladın düzgün tərbiyə edilməsində valideynin özünün düzgün rəftar etməsi mühümdür. Təbiidir ki, rəftarın dili danışıq dilindən daha aydın və təsirlidir. Əgər övlad daima valideynin xoş əxlaqını və yaxşı əməlini görərsə, qeyri-müstəqil halda bundan təsirlənər. İmamların (ə) tərbiyə üsulunda da rəftar daha yaxşı tərbiyə üsulu idi. Şəyib ibni Əbdürrəhman deyir: "O zaman ki, İmam Hüseyn (ə) Kərbəlada şəhid olur, çiynində iz qalır. Mən İmam Səccaddan (ə) onun səbəbini soruşanda o, ağlayıb deyir: "Bu, atamın kasıbların evinə daşıdığı yemək kisələrinin ağırlığından yaranan izdir". Bəli, İmam Səccad (ə) atasının bu rəftarlarını görürdü və ona görə də atasını özü üçün nümunə seçmişdi.

İmam Baqir (ə) də buyurur: "Atam Əli ibni Hüseyn (ə) gecələri çörək kisələrini çiynində daşıyır və yoxsullara sədəqə verirdi".
İmam Hüseyn (ə) məktəbi elə bir məktəbdir ki, o, təkcə övladları üçün deyil, bütün bəşər üçün bir dərs oldu. Bəşər onu özünə nümunə götürərək, ülgü seçdi və onun yolunu getməyi özünə şərəf bildi. Bu İmam Hüseynin (ə) biz övladlarına qoyub getdiyi bir tərbiyə idi. Bu tərbiyə o zaman da vardı, indi də var və İmamın (ə.f.) zühuruna qədər də olacaqdır.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: