Yoxsulluqdan qoruyan, göz dəyməsindən hifz edən surə - "Qələm" surəsinin fəzilətləri
"Qələm" surəsi Quranın 68-ci surəsidir ki, 52 ayəsi vardır. Bu surə Məkkədə nazil olmuşdur.
Həzrət Peyğəmbər (s) bu surə barəsində buyurur: "Hər kim "Qələm" surəsini oxuyar, Allah xoş əxlaqlı insanların savabını ona əta edər".
İmam Sadiq (ə) buyurur: "Hər kim "Qələm" surəsini vacib və müstəhəb namazlarında oxuyarsa, heç bir zaman yoxsulluğa düçar olmaz. Öləndən sonra qəbirdə qaranlıqdan amanda olacaqdır".
Bu surənin bərəkətləri:
1. Diş ağrısı. Həzrət Peyğəmbər (s) buyurur ki, əgər bu surəni yazsalar və o kəsin ki, dişi ağrıyır, onu yanında gəzdirərsə - ağrısı həmin an sakit olar.
2. Göz dəyməsinin qarşısını alar. Bu surənin 51 və 52-ci ayələrini yazıb evin divarından asmaq və ya özünüzlə gəzdirmək - göz dəyməsinin qarşısını alar.